“Zirə”nin hücumçusu zədələndi

8.12.2022 19:40 344
Ölkə kuboku
Azərbaycan kubokunda 1/4 finalın matçları keçirilir.

Football-plus.az xəbər verir ki, “Zirə” “Neftçi” ilə qarşılaşır - 1:0. Qəsəbə təmsilçisində ciddi itki baş verib. Filipe Paxtman zədələnib. Braziliyalı hücumçu 82-ci dəqiqədə Muhammed Hamdaui ilə əvəzlənib. O, meydanı xərəkdə tərk edib.