• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real”ın 5-ci, Avropanın 15-ci uğuru - Klublararası dünya çempionatı

DÇ 2026

15-02-2023, 13:0

Final

Real - Əl-Hilal 5:3 (2:1)
Real (İspaniya, Avropa): Lunin, Karvaxal (Valyexo, 79), Rüdiger, Alaba, Kamavinqa, Çuameni (Sebalyos, 62), Kroos (Naço, 74), Modriç (Asensio, 74), Valverde, Benzema (Rodriqo, 62), Vinisius.
Əl-Hilal (Səudiyyə Ərəbistanı, Asiya): Əl-Muayuf, Əbdülhəmid, Çjan Hyun Su, Əl-Bulayhi, X.Əl-Davsari, Kanno, Kuelyar, Karrilyo (Mişael, 75), Vyetto (Əl-Hamdan, 86), S.Əl-Davsari (N.Əl-Davsari, 75), Mareqa (İqalo, 86).
Qollar: Vinisius, 13 (1:0). Valverde, 18 (2:0). Mareqa, 26 (2:1). Benzema, 54 (3:1). Valverde, 58 (4:1). Vyetto, 63 (4:2). Vinisius, 69 (5:2). Vyetto, 79 (5:3).
Vərəqə: yoxdu.
Hakim: Entoni Teylor (İngiltərə).
11 fevral. Rabat. 44439 tamaşaçı.

Mərakeşdə keçirilən Klublararası Dünya Çempionatına (KDÇ) fevralın 11-də yekun vuruldu. Rabat şəhərində keçirilən finalda gözlənilən nəticə qeydə alındı. “Real” turnirə çoxsaylı itkilərlə başlasa da, əvvəlcə həlledici oyuna vəsiqə qazandı, şənbə günü isə “Əl-Hilal”ı məğlub edərək turnirdə növbəti uğurunu reallaşdırdı.
UEFA Çempionlar Liqasının (ÇL) son qalibi favorit statusunu doğrultdu. Səudiyyə Ərəbistanının KDÇ-nin finalına vəsiqə qazanan ilk təmsilçisi kimi tarixə düşən “Əl-Hilal” adlı-sanlı və titullu rəqibinə bacardığı qədər müqavimət göstərdi. Final oyunu futbol festivalını xatırlatdı. Açıq oyuna üstünlük verən tərəflər üçü ilk yarıda olmaqla ümumilikdə 8 qol vurdular. İlk 18 dəqiqədə iki qol vuran madridlilərin bir qədər sakitləşməsi rəqibin fərqi minimuma endirməsinə şərait yaratdı. Ancaq fasilədən sonra ərəblərin qapısına 4 dəqiqəyə iki dəfə yol tapan “Real” səviyyəsini bir daha sübut etdi. Bundan sonra “Əl-Hilal” əks-hücumda ikinci qolu da vurdu. Lakin matçın ən yaxşı oyunçusu olan Vinisius az sonra komandasının 5-ci qolunu vurmaqla praktiki olaraq qalibin kimliyinə şübhə yeri qoymadı. Qalan vaxtda Asiya çempionunun gücü fərqi iki topa endirməyə çatdı. 5:3 hesablı qələbə klubların mundialında “Real”ın növbəti uğrunun göstəricisi oldu.
Vinisus 3 qol vurduğu turnirin ən yaxşı oyunçusu kimi “Qızıl top”a layiq görüldü. Onun oyundaşı Valverde “Gümüş top”, “Əl-Hilal”ın hücumçusu Vyetto isə “Bürünc top” qazandı.

3-cü yer uğrunda oyun

Əl-Əhli - Flamenqo 2:4
Radvan, 38; 60 - Qabriel Barboza, 11-p.; 85-p. Pedro, 77; 90+1.
Əl-Əhli (Misir, Afrika): Əl-Şenavi, Maalul (Əl-Şahat, 90), İbrahim, Abdelmonem, Fəthi (Dyenq, 90), Fəttah, Attya, Radvan, Tau, Məhəmməd, Şerif (Hani, 75).
Flamenqo (Braziliya, Cənubi Amerika): Santos, David Luis (Pablo, 87), Varela, Ayrton Lukas, Fabrisio Bruno, Everton Ribeyro (Everton, 63), Vidal, De Arraskaeta (Pulqar, 90+8), Tyaqo Maya, Pedro (Mateus França, 90+8), Qabriel Barboza.

Tanjer şəhərində keçirilən 3-cü yer uğrunda oyun da məhsuldar alındı. “Flamenqo” favorit statusunu 4:2 hesablı qələbə ilə doğrultdu. Maraqlıdı ki, 6 qol hərəyə dubl edən Radvan, Qabriel Barboza və Pedronun hesabına yazıldı. “Əl-Əhli”nin müdafiəçisi Maalulun 58-ci dəqiqədə penaltidən yararlana bilmədiyini və misirlilərin yarımmüdafiəçisi Fəttahın 69-cu dəqiqədə birbaşa qırmızı vərəqə aldığını da qeyd edək.

Faktlar

* “Real” KDÇ-də 5-ci dəfə uğur qazanmaqla özünün sahibi olduğu rekordu yenilədi. Madrid klubu turnirdə bundan əvvəl 2014-cü və 2016-18-ci illər aralığında qalib gəlib. “Barselona” 3, “Korintians” və “Bavariya” isə hərəyə 2 dəfə çempion olub.
* KDÇ ardıcıl 10-cu dəfə Avropa komandasının qələbəsi ilə nəticələndi. “Köhnə qitə”nin bu yarışdakı sonuncu uğursuzu 2012-ci ildə finalda “Korintians”a uduzan (0:1) “Çelsi” olub. Mundialda Avropanın hesabında 15, Cənubi Amerikanın hesabında isə 4 qələbə var.
* “Real” əzəli rəqibi “Barselona”nı (98) arxada qoyaraq bütün turnirlərdə 99-cu uğurunu qazandı. Madridlilərin hesabında 68 milli, 31 beynəlxalq titul var. “Barselona”da bu planda göstəricilər uyğun olaraq 76-ya və 22-yə bərabərdi.
* Ançelotti məşqçilik karyerasında 25-ci titulunu qazandı. İtaliyalı mütəxəssis bu uğurların 9-na “Real”ın baş məşqçisi kimi nail olub. Onun “Milan”la 8, “Çelsi” və “Bavariya” ilə 3, “Yuventus” və PSJ ilə 1 tutul qazandığını da qeyd edək.
* Kroos KDÇ-də 6-cı dəfə uğur qazanmaqla özünün sahibi olduğu rekordu yenilədi. 33 yaşlı almaniyalı yarımmüdafiəçi turnirdə bundan əvvəl “Real”la 2014-cü və 2016-18-ci illər aralığında, “Bavariya” ilə 2013-cü ildə qalib gəlib.
* “Real” Florentino Peresin prezidentliyi dövründə 31-ci titulunu qazandı. İspaniya klubunda ən çox uğura nail olan prezident Santyaqo Bernabeudu (32).
* Benzema “Real”ın formasında 24-cü titulunu qazandı. Fransalı hücumçu indi klubun rekordçusu olan braziliyalı Marselodan yalnız bir titul qədər geri qalır.

Oyundan sonra

Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Xoşbəxtik. “Real” 8-ci dəfə (komanda daha 3 dəfə Qitələrarası kubokun qalibi olub – red.) dünya çempionu oldu. Yaxşı oyun idi. Hücumameyilli oyunçular ustalıq nümayiş etdirdilər. Vinisius, Benzema və Valverde çox yaxşı oynadılar, vərdiş və keyfiyyətlərini göstərdilər. Burdakı gələcəyim necə olacaq? Məni qovmayınca heç yana getməyəcəyəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

13-08-2022, 11:0

“Real” - “Ayntraxt” oyununda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

9-02-2023, 20:0

Benzema ilə Militaonun şansı olacaq

Dünya futbolu

6-02-2023, 17:0

Vinisius 200-ə çatdı

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə