“Real” Klublararası Dünya Çempionatına itki ilə başlayıb.
Çempionlar Liqasının son qalibi turnirin “Əl-Əhli” ilə yarımfinal oyununda Tibo Kurtua, Eder Militao, Kərim Benzema, Marko Asensio, Daniel Karvaxal və Eden Azardan yararlana biməyib. Futbolçular müxtəlif dərəcəli zədəyə görə misirlilərə qarşı oynamayıblar. Buna baxmayaraq, “Real” “Əl-Əhli”yə 4:1 hesabı ilə qalib gəlib.
Karlo Ançelotti finala çıxan komandasının fevralın 11-nə təyin olunan həlledici matçda daha güclü heyətlə oynayacağını bildirib. Baş məşqçi Benzema ilə Militaonun şansının olacağını deyib. “Real” - “Əl-Hilal” oyunu fevralın 11-də keçiriləcək.