Millimiz "Qəbələ" ilə heç-heçə etdi

21.09.2026 23:45 27
Ölkə futbolu
U-20 millimiz Qəbələdə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığma “Qəbələ” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Milli toplanış çərçivəsində daha 2 yoxlama matçı keçirəcək. Yığma oktyabrın 3-də Moldovanın, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunların başlanma saatı ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.

U-20-nin təlim-məşq toplanışı oktyabrın 6-dək davam edəcək.