Türkiyə çempionatında 6-cı tur başa çatdı və lider dəyişdi.
Əslində ''Qalatasaray''ın Trabzondakı fiaskosundan sonra hər kəs ''Beşiktaş''ın zirvəyə yüksələcəyini gözləyirdi. Çünki ''qartal''a lider ola bilmək üçün debütant ''Amed SF''dən səfərdə 1 xal qoparmaq yetərli idi. Amma aşkar favorit olan ''ağ-qaralar'' da ümidləri doğrulda bilmədilər. Nəticədə məhz elə ''Beşiktaş''ı 3:2 yenən ''Amed SF'' liderliyə yüksələrək sürpriz şəkildə yığma fasiləsinə zirvədə yollandı.
Bu arada 6-cı turdan sonra Türkiyə bukmekerlərində çempionluq əmsallarındakı dəyişikliklər diqqət çəkib. ''Qalatasaray'' hələ də favoritdi. Amma son 4 ilin çempionunun əmsalı 1,68-dən 2,02-yə qalxıb. İkinci favorit ''Fənərbaxça''nın çempionluq əmsalı 2,9-dan 2,85-ə enib. ''Beşiktaş''ın əmsalı 6,2-dən 5,5-ə, ''Trabzonspor''un əmsalı 12-dən 6,6-ya düşüb.
Siyahıda ən diqqətçəkən sıçrayışa məhz ''Amed SF'' nail olub. Diyarbəkir təmsilçisinin çempionluq əmsalı 100-dən birdən-birə 40-a düşüb! Nə qədər qəribə görünsə də, debütant hazırda Türkiyə çempionatında çempionluğa namizədlər arasında 5-ci pillədədi.
Türkiyədə debütant çempionluğa namizədlərdən birinə çevrildi!
Dünya futbolu





