"Əvəzedicilər liqası lazımsız liqadı" - Elçin Usub

22.09.2026 13:23 9
Ölkə futbolu
“Şamaxı”nın İdarə heyətinin sədri Elçin Usub əvəzedicilər liqasının keçirilməsinə qarşı olduğunu bildirib.

"Football-plus.az" xəbər verir ki, o, jurnalistlərə müsahibəsində qeyd edib ki, bu liqa onların klubu üçün prioritet deyil:

“Əvəzedicilər liqası bizim üçün prioritet deyil. Ümumiyyətlə, bu çempionatın mahiyyəti nədən ibarətdi? Klublar Komitəsində bu məsələ dəfələrlə müzakirə olunub. Dəfələrlə AFFA-ya müraciət etmişik, bildirmişik ki, bu, lazımsız liqadı. Əvəzinə, aşağı liqalara daha ciddi dəstək lazımdı.

Bizim o qədər görüləsi işlərimiz var ki, öz məhdud resurslarımızı buna yönəldə bilmərik. Digər bizim kimi kiçik klublarda da belədi".


Elçin Usub əlavə edib ki, hazırkı şəraitdə əvəzedilər liqası üçün resurs tapmaq onlar üçün çətindi:

"Bizim ekosistemdə yerimiz fərqlidi. Məsələn, “Neftçi”nin futbolçusu Rüfət Abbasov əvəzedicilərdən əsas komandaya yüksəldi, amma sonra nə oldu? Biz götürdük, oynadı və yenidən “Neftçi”yə qayıtdı. Kiçik klublardan gözləntilər böyükdür. Bizim də öz siyasətimiz var. Təbii ki, könül istəyər ki, yaxşı baza, şərait olsun. Şamaxı stadionunda 8 aşağı yaş qrupu və əsas komanda məşq edir. Belə bir şəraitdə, əvəzedicilərə də resurs tapmaq çətindi, bizim prioritetimiz deyil”.

"Şamaxı" əvəzediclər liqasında 4 oyuna 1 xalla sonuncu - 12-ci yerdədi.