• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Həyəcanlı debutant, Musayevi çılğına döndərən İnqilab - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

14-04-2023, 13:0

Yola saldığımız 29-cu turun görüşləri də idarəçilik baxımından qənaətbəxş alındı.

Hər halda, 5 qarşılaşmanın yekun nəticəsinə təsir edən qərarların şahidi olmadıq. Tur həmçinin debütlə yadda qaldı ki, Emin Əliyevin idarəçiliyini bəlli həyəcan fonunda ümumilikdə qənaətbəxş saya bilərik. Hay-küy isə Səbaildə qopdu. İnqilab Məmmədovun qərarları Murad Musayevi çılğına döndərdi. Amma “Sabah”ın baş məşqçisinin iradlarının böyük əksəriyyəti məğlubiyyətdən irəli gələn qəzəbdən doğurdu. Əksinə, referini təhqir edən mütəxəssis oyundan sonra yox, daha tez qırmızı vərəqə ilə “mükafatlandırılmalıydı”.

Qarabağ – Kəpəz, EMİN ƏLİYEV
Gənc referinin premyer-liqada debüt oyunu idi. Bu üzdən onun həyəcan üzündən müəyyən səhvlərə yol verəcəyi gözlənilən idi. 14-cü dəqiqədə Ahmed Ayzaya mərkəzdən sürətli hücuma keçərkən Riçard Almeyda ona qarşı kobud oynasa da, hakim “sarı”ya ehtiyac duymadı. 45-ci dəqiqədə isə Qara Qarayev də rəqib futbolçuya qarşı kobud oynadı ki, referi yenə əlini cibina atmadı. Buna rəğmən, 27-ci və 56-cı dəqiqələrdə təyin etdiyi penaltilər haqlı idi. Ümumilikdə referi bəzi səhv qərarlarla yadda qalmasına baxmayaraq, oyunun nəticəsinə təsir edən yanlışlığa yol vermədi.

Qəbələ - Zirə, TURAL QURBANOV
Gənc referi idarəçilik baxımından hansısa səhvə yol vermədi. Düzdü, Rəşad Sadıqov bəzi məqamlarda hakimlər briqadasına etiraz edirdi. Lakin bu, “Zirə”nin çalışdırıcısının vərdişi kimi qəbul olunmalıdı. Baş məşqçilərin oyundan sonra da sikayətinin olmaması Tural Qurbanovla köməkçilərinin qarşılaşmanı yaxşı idarə etdiyinin göstəricisidi. Təbii ki, xırda səhvlərə yol verdilər. Ümumilikdə isə briqada işini ideala yaxın gördü. Bir məqama xüsusi diqqət yetirmək lazımdı. "Qəbələ" - "Zirə" matçı turun ən çətin görüşü idi. Buna baxmayaraq, Tural Qurbanovun gərgin mübarizə şəraitində keçən oyunda böyük səhvə yol verməməsi ölkə futbolu adına sevindirici məqamdı.

Səbail –Sabah, İNQİLAB MƏMMƏDOV
Əvvəlcə onu qeyd edək ki, derbi adına layiq görüş izlədik. Görüşdə mənfi məqam Murad Musayevin tez-tez qərarlara etiraz etməsi idi. Rusiyalı mütəxəssis sanki referidən acıqlı idi. Özü də bunu mətbuat konfransında etiraf etdi. Onun etiraz etdiyi məqamlara diqqət yetirək. Amin Seydiyevin 7-ci, Boyan Letiçin 21-ci dəqiqədə sarı vərəqə alması. Hər iki epizodu diqqətlə izlədikdə görürük ki, İnqilab Məmmədov qərarında haqlıdı. Adı çəkilən futbolçular rəqiblərinə sərt müdaxilə etmişdi. Con İrasabalın qırmızı vərəqə alması barədə isə danışmağa belə ehtiyac yoxdu. Çünki həmin anda futbolçu meydandan qovulmalı idi ki, qovuldu da. Məmmədovun görüş ərzində bir yanlış qərarı var idi. Referi Murad Musayevi 83-cü dəqiqədə meydandan qovmalı idi. Çünki rusiyalı hakimi təhqir etmişdi. Amma baş hakim ona "qırmızı"nı görüşdən sonra göstərdi. Bu səhvi nəzərə almasaq, hakimlər briqadasının matçı yaxşı idarə etdiyini söyləyə bilərik.

Turan Tovuz – Şamaxı, RƏVAN HƏMZƏZADƏ
Şəkili referi premyer-liqada sərt oyuna üstünlük verən, tempi qorumağa çalışan, daha çox kölgədə qalmağı sevən ədalət təmsilçilərindəndi. Tovuzdakı qarşılaşmada da bunu növbəti dəfə sübut etdi. Heç-heçə başa çatan matçda hakimlər briqadasına nəyə görəsə irad bildirmək yersiz olar.

Sumqayıt – Neftçi, RAUF ALLAHVERDİYEV
Böyük hesabla yekunlaşan oyunda idarəçiliyi önə çəkmək, baş hakimin nəticəyə təsir edən səhvə yol verdiyini yazmaq absurd olar. Allahverdiyev yüksək tempdə keçən qarşılaşmada 90 dəqiqə oyundan “qopmadı” ki, bunu onun adına müsbət məqam kimi təqdim etmək lazımdı. Yeganə çatışmazlığı köməkçiləri ilə anlaşmasında idi. Bəzi epizodlarda laysmanlar fərqli qərar verdiyi halda, o köməkçisinə baxmadan məsuliyyəti üzərinə götürərək əks qərar verirdi. Xüsusilə aut atışlarında bu özünü qabarıq göstərirdi.

Paylaş:
Digər xəbərlər

Yazarlar

6-02-2023, 13:0

Həsənli Qəbələdə, Əhmədov Bakıda işləri korladı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Reportaj

11-04-2023, 17:0

Üç qol, “qırmızı” və qalmaqal - REPORTAJ

Premyer-liqa / Manşet

8-12-2022, 12:0

Məmmədov VAR-a güvəndi, Əhmədov yox - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
Son xəbərlər
  • Bu gün, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Bu gün, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Bu gün, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
Daha çox
Oxunub: 221
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə