• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Üç qol, “qırmızı” və qalmaqal - REPORTAJ

Premyer-liqa / Reportaj

11-04-2023, 17:0

İlk dəqiqələrdən matçın gərgin keçəcəyi hiss olunurdu.

Azarkeşlər də çox olsaydı, deyə bilərdik ki, əsl derbi ab-havasında görüş izləyirik. Çoxları bu qarşılaşmada “Sabah”ın asan qələbə qazanacağını düşünürdü. Lakin start fitindən sonra “Səbail” hücuma atıldı.

Şahin Diniyevin komandasında Ağabala, Mazurek, Qomis xüsusi fəallıq göstərirdi. Onlar sürətli keçidlərlə “bayquşlar”ın müdafiəçilərinə problem yaşadırdı. Təsadüfi deyil ki, matçın 24-cü dəqiqəsində Masazır klubunun artıq üç futbolçusu sarı vərəqə ilə cəzalanmışdı. Bir qədər sonra isə “dənizçilər” hesabı açdı. Sağ cinahda topu ələ keçirən Qomis bir qədər irəlilədikdən sonra “dəri kürə”ni qapıdan keçirdi. Murad Musayev qol vurularkən çılğına döndü. O, daha çox Qomisi “bağlaya” bilmədəyi üçün Letiçə əsəbləşdi. Fasiləyə kimi “bayquşlar”ın hesabı bərabərləşdirmək cəhdləri boşa çıxdı.

İkinci hissəyə isə Masazır klubu daha istəkli başladı. “Tələbələr” hücumlar qurur, “dənizçilər” müdafiə olunurdu. Şahin Diniyevin komandası əks-hücumda “Sabah”ı yaxalamağa çalışırdı. Bu da 59-cu dəqiqədə fayda verdi. İrasabal Ağabalaya qarşı kobud oynayaraq meydandan qovuldu. Artıq “Səbail”in rahat qələbə qazanacağı gözlənilirdi. Lakin Murad Musayev üç əvəzetmə hesabına oyunun axarını dəyişmək istədi. 75-ci dəqiqədə karyerasında ilk dəfə sağ cinah müdafiəçisi kimi oynayan İlkin cərimə meydançasında Namiki kobudluqla dayandırdı. İnqilab Məmmədov isə penalti təyin etdi. Topun arxasına keçən Apeh hesabı bərabərləşdirdi.

Son 15 dəqiqə olduqca gərgin keçirdi. Gah “Səbail”, gah da “Sabah” qol vurmağa cəhd edirdi. Şahin Diniyev də son dəqiqələrdə sürətli futbolçularını meydana buraxdı. Əlavə olunan ilk dəqiqədə Ceyhun qola yaxın oldu. Onun zərbəsi dirəkdən döndü. “Səbail”in son hücum cəhdi isə qolla nəticələndi. Lyuyiç sol cinahda reyd edərək cərimə meydançasına ötürmə göndərdi. Özünü topa yetirən Zakpa isə qələbə qolunun müəllifi oldu. Beləliklə, gərgin keçən derbidə “Səbail” “Sabah”ı məğlub etməyi bacardı.

Gözdən qaçmadı

* Matç başlamamış Şahin Diniyev fikrə getmişdi. Mütəxəssis o qədər fikirliydi ki, səhvən “Sabah”ın ehtiyat oyunçular skamyasında dayanmışdı. Murad Musayev gələndən sonra Diniyev anladı ki, yerini dəyişməlidi.

* Murad Musayev İnqilab Məmmədovun bütün qərarlarına etiraz edirdi. Matçın 12-ci dəqiqəsinə kimi rusiyalı o qədər danışdı ki, sonda 4-cü hakim Səbuhi Bayramov mütəxəssisin köməkçilərindən birinə bunları söylədi: “Biriniz danışın da. Hamınız yerinizdən deyinirsiz. Murad Musayev də bir az sakit olsun. Ancaq boş-boş danışır”.

* 24-cü dəqiqəyə kimi “Sabah”ın üç futbolçusu sarı vərəqə ilə cəzalandı. Lakin “ASCO Arena”nın diktoru bunu elan etmədi.

* Birinci hissənin bitiminə 4 qalmış Səbuhi Bayramov ilk yarıya əlavə olunacaq 2 dəqiqəni elektron tabloda hazırladı.

* 59-cu dəqiqədə İrasabal qırmızı vərəqə alaraq meydanı tərk etdi. Buna bərk əsəbləşən Musayev referini təhqir edərək pencəyini yerə çırpdı.

* Ramazan ayı münasibəti ilə iftar vaxtı “Səbail” rəhbərliyi stadionda oruc olan insanlara yemək payladı.

* Diniyev “Səbail”in qələbə qolunun sevincini akademiyanın üzvləri ilə qeyd etdi.

* Matç bitən kimi Murad Musayev İnqilab Məmmədovun üzərinə şığıdı. Rusiyalı baş hakimə sərt şəkildə etiraz etdi. Bu səbəbdən də FİFA referisi ona “qırmızı” göstərdi.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

4-04-2023, 14:0

“Sabah” Masazırda tarix yazdı - REPORTAJ

Manşet / Yazarlar

13-12-2022, 14:0

Mahmudun iştahını korlayan ispaniyalı - KÖŞƏ

Premyer-liqa / Reportaj

14-02-2023, 13:0

“Zirə” Səbaildə şok yaşadı - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 19:0

“Neftçi” – “Səbail” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

“Zirə” – “Qəbələ” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2023, 16:0

Bayılda iki qol və ədalətli sonluq - REPORTAJ

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə