• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” Sumqayıtda yeni rekord müəyyənləşdirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

11-04-2023, 14:0

Şənbə günü stadionda gələnlər heç də məyus olmadı. Bəlkə də hakimin final fitindən sonra tablodakı hesab sumqayıtlı azarkeşləri pərişan etmişdi. Ancaq oyun baxımından hər iki komanda futbolsevərlərə xoş anlar yaşatdı. Artıq ilk dəqiqədə meydan sahibləri təhlükəli zərbə ilə yadda qaldı.

Səbuhi təxminən 25 metrdən “çərçivə”ni nişan alsa da, Brkiç topun tora daxil olmasına imkan vermədi. Çox keçmədən hesab açıldı. “Kimyaçılar” fəal olsa da, “ağ-qaralar” sevindi. Kornerdən sonra qapı önündə yaranan qarışıqlıq zamanı Sayef dirəyi nişan aldı. Geri dönən top Voislavın qarşısına düşüncə, təcrübəli müdafiəçi şansını qaçırmadı. Fasiləyə qədər hər iki komanda sanki bir-birinin bəhsinə girərək açıq, azarkeşlərə zövq verən hücum futbolu nümayiş etdirirdi. Samir Abasovun çalışdırdığı komanda fasiləyə qədər hesabı bərabərləşdirə bilərdi. Ancaq aprelin 8-i Brkiçin günü idi. Xorvatiyalı qolkiper keçilməz qalaya bənzəyirdi.

İkinci yarı da birincinin davamı oldu. Açıq oyuna üstünlük verən komandalar xoşbəxtliyi rəqib qapısı önündə axtarırdı. Sürətli, rəngarəng hücumlar bir-birini əvəzləyirdi. Lakin qonaqlar imkanlardan maksimum istifadə etməklə növbəti dəfə ustalıq səviyyəsinin həlledici olduğunu göstərdi. “Kimyaçılar”ın həmlələri cərimə meydançasının daxilində və ya ən yaxşı halda uzaqdan zərbə ilə yekunlaşırdısa, “ağ-qaralar” 2-ci hissədə daha üç dəfə İlnuru topu tordan çıxarmağa məcbur etdi. 64-cü dəqiqədə Sezar Meza Kolli Eminin zərgər dəqiqliyi ilə asmasını başla dəqiq tamamladı. 83-cü dəqiqədə isə meydana sonradan çıxan İsmayıl komandasının 3-cü qolunun müəllifi oldu. Sayefdən ötürmə alan yarımmüdafiəçi qarşısında boş zona gördü və sürətlə irəliləyib qüvvətli zərbə ilə uzaq “9-luğ”u dəqiq nişan aldı. İki dəqiqə sonra isə Lebon adını tabloya yazdırdı. Fransalı vingerin qolunda da Sayefin ötürməsini qeyd etmək lazımdı. Bu qoldan sonra artıq azarkeşlər tribunaları tərk etməyə başladı.

Nə qədər qəribə səslənsə də, meydan sahibləri böyükhesablı yenilgiyə layiq deyildi. Baxmayaraq ki, “Neftçi”nin baş məşqçisi mətbuat konfransında nəticənin oyuna görə olduğunu bildirdi.

Gözdən qaçmadı

* Şənbə günü stadionda, demək olar ki, boş yer yox idi. Premyer-liqada iki komanda var ki, Sumqayıta hər gəlişində arenada anşlaq yaşanır. Onlardan biri “Qarabağ”dısa, ikincisi “Neftçi”di. Hər iki klubun “gənclər şəhəri”ndə yetərincə azarkeşi var.
* “Neftçi”nin azarkeşləri çox fəal idi. Bəzən bu fəallıq sərhədi aşırdı. Məhz bu səbəbdən fasilədə polislər qonaq azarkeşlərdən birini tribunadan uzaqlaşdırdı.

Maraqlıdı...

Misli premyer-liqasının 2022/23 mövsümünün sonuncu mükafatçısı da bəlli olub. “Qarabağ”la “Sabah”dan sonra “Neftçi” də ilk “üçlük”də yerini təmin edib. Bakılılar səfərdə “Sumqayıt”ı yenməklə buna nail olub. “Ağ-qaralar” ölkə çempionatları tarixində 21-ci dəfə mükafat alacaq. Bu, yarışın tarixində yeni rekorddu. Öz göstəricisini yeniləyən “Neftçi” bunadək 20 dəfə medalçılar sırasına düşüb. Paytaxt klubu 9 dəfə - 1992, 1995/96, 1996/97, 2003/04, 2004/05, 2010/11, 2011/12, 2012/13 və 2020/21 mövsümlərində çempion titulunu qazanıb, 5 dəfə gümüş (2000/01, 2006/07, 2018/19, 2019/20, 2021/22), 6 dəfə bürünc (1994/95, 1998/99, 1999/00, 2005/06, 2007/08, 2017/18) medala yiyələnib. “Neftçi” ardıcıl 6-cı mövsümü “üçlük”də bitirəcək.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

13-03-2023, 13:0

“Sabah” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

14-03-2023, 15:0

“Neftçi” “Şamaxı” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

9-03-2023, 13:0

“Neftçi” – “Turan Tovuz” matçında nələr yaşandı? - REPORTAJ

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 95
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə