Matçdan sonra təşkil olunan mətbuat konfransında məsələyə münasibət bildirən Ayxan Abbasov “3-4 nəfər ətrafına uşaqları toplayıb “istefa” qışqırdır. Mən bunu onlara yaraşdırmadım” söyləməklə yadda qaldı. Bəs kimdi həmin 3-4 nəfər? Onların məqsədi nədi?
Bu suallara cavab tapmaq üçün “Turan ultras” fanklubunun rəhbəri Kamal Saqqayevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Şamaxı” ilə matçda yaşananlar heç də xoş olmadı. “İstefa” şüarını səsləndirənlər komandanın əsl fanatları deyil. Onları öyrədən adamlar var. Biz reallığı görürük və Ayxan Abbasovun işindən də razıyıq. Uşaqları öyrədənlər kimlərdi? Pis niyyətli insanlar. Görünür, həmin şəxslər istədiklərini ala, əyri yolla pul qazana bilmirlər. Və bu üzdən klubdaxili sağlam mühiti pozmağa çalışırlar. Matç başa çatmadan Ayxan Abbasovu istefaya səsləmələrindən də görünürdü ki, bu təxribatdı. Oyundan sonra onların bəziləri ilə görüşüb söhbət etmişik. Səhv yolda olduqlarını izah etdik”.
RƏŞAD





