Bu ağır məğlubiyyətə baxmayaraq ''Union''un rəsmi ''iks'' səhifəsindəki məzəli paylaşımlar diqqət çəkdi. Harri Keynin dubl, Maykl Olisenin het-trik etdiyi qarşılaşmada 76-cı dəqiqədə artıq hesab 7:0-a çatdı. Bir dəqiqə sonra paytaxt təmsilçisinin səhifəsi ''Barselona''lı Lamin Yamalın ifadəsini xatırladaraq bu tviti yazdı:
''Barselona''nın bu 19 yaşlı yaramaz uşağı dilini dinc saxlaya bilməzdimi? Keyn və Olise bu gün həqiqətən od tutub yanırlar. Onlar ''Qızıl top''a layiq olduqlarını göstərirlər''.
Məsələ burasındadı ki, bir neçə gün öncə verdiyi açıqlamada Yamal bu ilki ''Qızıl top''u qazanmağa yalnız özünü və Kilian Mbappeni layiq görmüşdü. O, ötən mövsümkü performansını və mundialı qazandığını gözə soxaraq özünü birinci sıraya qoymuşdu. Final fitinin ardından ''Union''un səhifəsi Keynin şəklini qoyaraq daha bir maraqlı paylaşım etdi:
''Bu mövsüm üçün stomatoloq ziyarətimiz başa çatdı''.
Ancaq bu da son olmadı. Yamal ilə bağlı paylaşımın böyük ajiotaja səbəb olduğunu görən səhifə yeni bir paylaşım etdi:
''Xaiş edirik, bu tviti ''Barselona''lılardan uzaq tutun. Belə ağır səfər oyunundan sonra indi də əsəbi kataloniyalılara baş qoşmağa hazır deyilik''.
Onu da bildirək ki, Keyn bundesliqada 98-ci oyununda uyğun olaraq 100 və 101-ci qollarını vurdu. O, turnirin yeni rekordunu müəyyənləşdirərək 100 qol həddinə ən tez çatan futbolçu oldu!






