"Kəpəz" U-19 millimiz ilə qarşılaşacaq

19.09.2026 12:56 117
Ölkə futbolu
“Kəpəz” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə iki yoxlama matçı keçirəcək.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisinin hər iki matçı oktyabrın 2-də olacaq.

“Kəpəz” saat 12.00-da U-19 millimiz ilə, saat 17.00-da isə “Gəncəbasar”la qarşılaşacaq.

Klubun məşqçi heyəti hər iki oyunda bütün futbolçuların çıxışını izləmək üçün heyəti iki hissəyə böləcək.

Hər iki görüş Gəncə şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək.