• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Məqsədimiz premyer-liqada qalmaqdı"

Premyer-liqa / Manşet

9-04-2023, 20:0

Misli premyer-liqasında 29-cu tura yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ" "Kəpəz"i qəbul edib - 3:1. Matçdan sonra qonaqların çalışdırıcısı Tərlan Əhmədovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Uğurlu çıxışımızın davamını gətirmək istəyirdik. Rəqibin səviyyəsini bilirdik. "Qarabağ"ın individual keyfiyyətlərə malik futbolçuları var. Buna rəğmən öz oyunumuzu diqtə etməyə çalışırdıq. Heç olmasa bir xal almaq istəyirdik. Komanda hardasa rəqibin adına görə ehtiyatlanırdı. İntizamlı və səhvsiz oynamağa çalışırdıq. Bəlkə də penalti olmasaydı, oyun fərqli olardı. Sınma nöqtəsi penalti oldu. Ondan sonra xətalara ardıcıllıqla gəldi. Amma ümumilikdə komandanın mübarizliyi, döyüşkənliyi, "Qarabağ"dan çəkinməyərək oynaması və rəqibimiz kimi müdafiədən hücuma topla çıxmağımız məni sevindirdi. Qarşıdakı oyunlara daha çox diqqət yetirməliyik. Məqsədimiz premyer-liqada qalmaqdı. Bizi çox ağır üç oyun gözləyir. Hamısı da bizim rəqiblərimizdi".

- "Neftçi"yə qarşı oyunla bugünkü oyun arasında hansı fərq oldu?
- Ola bilər ki, penalti verilməsi sınma nöqtəsi oldu. Ona qədər komandamız əzmkarlıq göstərir, nəyəsə nail olmağa çalışırdı. "Qarabağ" dəyişiklik edəndə, meydana çıxan futbolçular oyunun axarını dəyişəcək gücə malikdilər. Artıq geridə qaldı. Təki "Qarabağ"a uduzub, öz rəqiblərimizi məğlub edək.

- Penalti epizodu haqda nə düşünürsüz?
- Təmiz penalti idi. Hakimə irad tutulası məqam deyildi. Belə oyunlarda çox diqqətli olmaq lazımdı. "Qarabağ" rəqibi səhv etməyə məcbur edən komandadı. Özləri də səhvləri heç vaxt bağışlamır. "Neftçi" ilə tam fərqli heyətlə çıxmışdıq. Mate Kvirkviya və Fərid Nəbiyevin üç sarı vərəqəsi olduğundan onları qorumağa çalışırdıq. "Neftçi" ilə matçda da Mate ehtiyatdaydı, komanda normal oynadı. "Qarabağ" liderdi, xal ehtiyatı çoxdu. Komanda elə səviyyədədi ki, istədiyi komanda ilə oyunda matçı dəyişəcək gücdədi. Penaltidən əvvəl daha diqqətli olsaydıq, bəlkə də oyun fərqli məcrada keçərdi.

- Milli komandaya baş məşqçi təyin olunacağınızla bağlı məlumatlar paylaşılır. Təklif olarsa, hansı cavabı verərsiz?
- Azərbaycan millisində işləmək şərəfdi. Ağır günlərində də millinin şərəfini qorumuşuq. İstəmişik ki, Azərbaycan futbolu dünyada tanınsın. O dövrə qayıtmayaq. Məşqçi kimi etimad göstərilsə, vətəndaş olaraq, çalışacam əlimdən gələni edim. Kim mənim adımı milli ilə hallandırır, sağolsun. Millidə son illərdə yerli mütəxəssis çalışmalıdı. Çünki "Qarabağ"dan başqa klublarımızın səviyyəsi yüksək deyil. Konfrans Liqasında da görünür ki, ikinci mərhələdə dayanırıq. Bir neçə komandamız avrokuboklarda uğurlu çıxış etsə, sonra millimizin uğursuz çıxışı olarsa, adlı-sanlı məşqçi gətirmək mümkündü. Amma bizim klublarımız hələ o səviyyəyə çatmayıb. Mənə də etimad göstərilərsə, şərəf olardı millidə işləmək.

- "Kəpəz" yeni mövsümdə də evdə Gəncə şəhər stadionunda oynayacaq?
- İstəyərdim ki, "Kəpəz" hər zaman Gəncədə oynasın. Azərbaycan futbolunun özəyi oradı. Azərbaycanda "Neftçi" və "Kəpəz" öz sözünü deməyənə qədər, milli komandamızdan uğur tələb etmək çətindi. Futbolumuzun beşiyi Gəncədi. Futbol sevgisini qaytarmalıyıq. İstəyərdim ki, Zaqataladan da komanda premyer-liqaya qayıtsın. Hər halda, Musa Qurbanlı Qurban Qurbanov qardaşlarının futbol məkanıdı. Mənim doğulduğum Şirvan şəhəri futbol məktəbi olub. Hamısında futbol olmasını istəyərdim. Növbəti turdakı oyunumuz ola bilsin ki, Gəncədə oynamayaq. Yəqin ki, Qəbələdə oynayacağıq. Niyə "Kəpəz" ev oyununu öz stadionu ola-ola başqa stadionda oynasın? Hər komanda öz doğma meydançasında daha inamlı oynayır. Çox istəyərdim ki, yeni sezondan "Kəpəz" öz doğma meydançasında oynasın. Baş məşqçi postunda mən olsam da, olmasam da.

- İlqar Nadiri bir müddət əvvəl açıqlama verərək bildirmişdi ki, sizinlə müqavilə müddətinin uzadılması komandanın premyer-liqada qalıb-qalmamasından asılı olacaq. Danışıqlar gedir?
- Danışıq olmayıb. Çünki premyer-liqada qalmağımız rəsmiləşməyib. Qarşıda üç vacib oyunumuz var. Bu oyunlardan maksimum nəticə əldə etməliyik ki, yerimizi qoruyaq. Hələ ki, danışıqlar yoxdu.

İSMAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

17-03-2023, 20:0

Vüqar Əsgərli: “Əsas məqsədimiz premyer-liqada qalmaqdı”

Premyer-liqa

2-10-2022, 20:0

"6 məğlubiyyətdən sonra komandanı toparlamaq çətindi" - Tərlan Əhmədov

Premyer-liqa

28-08-2022, 22:0

"Qarşıdakı turlarda daha da yaxşı olmağa çalışacağıq" - Elmar Baxşıyev

Premyer-liqa / Manşet

26-01-2023, 21:0

Laurentsiu Regekampf: "Bu cür penalti yolverilməzdi"

Premyer-liqa

14-10-2022, 18:0

"Bilirdik ki, ağır səfər oyunu olacaq" - Elmar Baxşıyev

Premyer-liqa / Manşet

17-03-2023, 20:0

Elmar Baxşıyev: "Cavid Hüseynov və Vüqar Əsgərliyə alqış düşür"

Aktual
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
Son xəbərlər
  • Bu gün, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Bu gün, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Bu gün, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Bu gün, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:10
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Bu gün, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Bu gün, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Bu gün, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Bu gün, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 157
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə