"Mançester Yunayted"in sahibləri olan Qleyzerlər ailəsi klubu satmağa hazırlaşır.
"Football-plus.az" xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. Qeyd olunub ki, klubun satışı üçün gələcək təkliflər dəyərləndiriləcək.
Eyni zamanda, klub üçün artıq üç şirkətdən müraciət olduğunu da mətbuatda dərc olunub.
Qeyd edək ki, Qleyzerlər 2005-ci ildən "Mançester Yunayted"in səhmlərinin sahibləridi.