• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnanırıq ki, Şahin Diniyev komandanı bu durumdan qurtaracaq”

Premyer-liqa / Manşet

7-04-2023, 21:0

Hazırda ölkə futbolunun əsas gündəmi premyer-liqadı.

Çempionatda bir əsas məsələ hamını maraqlandırır. Sual sadədi: premyer-liqanı kim tərk edəcək? İndiki məqamda iki real namizəd var: “Şamaxı” və “Səbail”. “Şirlər”in heyətində ancaq yerli futbolçular çıxış edir. Onların zəif çıxışını hardasa anlamaq olar. Lakin “Səbail” yetərincə yaxşı futbolçulardan formalaşıb. “Dənizçilər”in maliyyə dəstəyi də ürəkaçandı. Belə olan halda paytaxt təmsilçisi niyə 18 xalla sonuncu pillədə qərarlaşıb? Baş məşqçi Şahin Diniyev mətbuat konfranslarında psixoloji durumun yaxşı olmadığını dilə gətirir. Görəsən, həqiqətən belədi? Ümumiyyətlə, “Səbail”in problemi nədi? Suallarımıza aydınlıq gətirmək üçün klubun icraçı direktoru Fərəc Əliyevlə əlaqə saxladıq.

- 28 turdan sonra “Səbail” 18 xalla sonuncu pillədə qərarlaşıb. Bu məsələ ilə bağlı fikirləriniz maraqlıdı. Yəqin ki, hazırki durum sizin üçün qənaətbəxş sayılmır.
- Qarşıda hələ 8 matçımız var. Hər oyuna final kimi hazırlaşmalıyıq. Açığı, indiki məqamda müsahibə belə verməli deyildim. Çünki qarşıda çox ağır oyunlarımız var. “Səbail” olaraq, tam buna köklənmişik. Gəlin, təqvimə baxaq! Olduqca çətin qrafikimiz var. Qarşıdakı turda “Sabah”la oynayacağıq. Sonra “Zirə” səfərinə yollanacağıq. Daha sonra “Neftçi”ni doğma meydanda qəbul edəcəyik. Növbəti tur yenə səfərə - Qəbələyə yollanacağıq. Bu olduqca çətindi. Qısası, indiki məqamda heç nə fikirləşə bilmirik. Konkret komanda məşqini edir, oyuna hazırlaşır. Qarşıdakı matçlarda maksimum nə qədər xal toplaya biləcəyimizi düşünürük. Məqsədimiz bunu bacarmaqdı. Bu duruma niyə düşdük, niyə belə olduğunu düşünmürəm. Sadəcə, onu deyə bilərəm ki, klub olaraq, bir ailə kimi birgə çalışaraq bu vəziyyətdən çıxmalıyıq.

- Mediada yayılan məlumata görə, Şahin Diniyevə rəhbərlik sonuncu xəbərdarlığını edib. Bu nə qədər doğrudu?
- Xeyr. Bilmirəm, kim yazıb, niyə yazıb. Amma biz konkret oyunlarımıza köklənmişik. Şahin müəllimə inanırıq. Vəziyyətdən bir yerdə çıxacağıq. Son xəbərdarlıqla bağlı, ümumiyyətlə, söhbət olmayıb. Mən sizdən eşidirəm.

- Şahin Diniyev məğlubiyyətlərdən sonra mətbuat konfranslarında deyir ki, komandanın psixoloji durumu yaxşı olmadığı üçün uduzuruq. Siz də eyni düşüncədəsiz?
- İstəyirəm ətraflı danışaq. “Səbail”in hər bir futbolçusu potensialına görə fərdi cəhətdən aşağı səviyyəli deyil. Düzdü? Keçmişdə və indi də millidə çıxış edən oyunçularımız var. 21 yaşadək futbolçulardan ibarət yığmaya dəvət olunan üzvlərimiz var. Şahin müəllim düz deyir. Əlbəttə, psixoloji problem var. Onlar həmişə bir yerdədi. Komandanı ən yaxşı o bilir. Buna görə də tam əminəm ki, Şahin Diniyev düz deyir. Oyunçularda psixoloji gərginlik hiss olunur. Bunu da birgə çalışaraq həll edəcəyik.

- Belədə komandaya psixoloqun dəvət olunması mümkündü? Bir çox klubda bu təcrübədən istifadə edirlər. Sizcə, “Səbail”i bu durumdan psixoloq qurtara bilər?
- Düşünürəm ki, Şahin müəllim məşqçilikdən başqa çox əla psixoloqdu. Çünki futbolçularla danışıqlarını, rəftarını, məşqlərdə hərəkətlərini görürəm. Bütün bunları nəzərə alıb deyə bilərəm ki, Şahin Diniyev həm məşqçilik, həm də psixoloji baxımdan Azərbaycanda çalışan ən güclü mütəxəssislərdən biridi. Bunu yəqin özünüz də hiss etmisiz. Şahin müəllim danışarkən adam ona qulaq asmaq istəyir. Bu səbəbdən də məşqçimizə güvənirik. İnanırıq ki, komandanı bu durumdan qurtaracaq.

- Bütün ölkədə söz-söhbət gəzir ki, “Səbail” qarşıdakı illərdə Şirvan şəhərinə köçəcək. Bu haqda nə deyə bilərsiz?
- Ay İlkin, sən buna inanırsan? (gülür)

- Bilirəm ki, bu məlumat səhih deyil. Klub rəsmisi olaraq sizin ictimaiyyəti bilgiləndirməyinizi istəyirəm.
- İnanırsan, mən bununla bağlı 5 dəfə açıqlama vermişəm. Bir gün Şirvan deyirlər. Sonra başqa rayon adı çıxır. Yoxdu belə söhbət. “Səbail” futbol klubu elə Səbail rayonununda da qalacaq. Bakı şəhərini təmsil edir və heç yerə də köçmür.

- Son sualım bir qədər çətin ola bilər. Premyer-liqanın sonuncu turunda “ASCO Arena”da “Şamaxı”nı qəbul edəcəksiz. Düşünmürsüz ki, çempionatı tərk edəcək komandanın adı elə həmin oyunda bəlli olacaq? Buna klub rəhbəri kimi özünüzü hazırlamısız?
- Belə deyim. Biz indi 8 oyun sonranı düşünmürük. Hazırda əsas düşüncəmiz “Sabah”la qarşıdakı görüşlə bağlıdı. Bundan sonra “Zirə” haqda fikirləşəcəyik. Hər oyuna fərdi hazırlaşmaq lazımdı. Mənim şəxsi fikrim belədi ki, məsələni sonuncu qarşılaşmaya saxlamaq lazım deyil. O vaxta kimi də premyer-liqada qalmağı təmin edə bilərik. Final oyununa ehtiyac yoxdu. Hər matça xüsusi hazırlaşmalıyıq. Rəqibin kimliyindən asılı olmadan meydanda mübarizə aparmalıyıq. Maksimum nəticə əldə etməliyik. Yüz faiz gücümüzü meydandan qoymalıyıq. Nəyi bacarırıqsa, ortaya qoyub, bu vəziyyətdən çıxmalıyıq. İnşallah, bunu da bacararaq premyer-liqada qalacağıq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

28-06-2022, 17:0

“Səbail”in yeni transferi sabah Bakıda olacaq – AÇIQLAMA

Ölkə futbolu / Manşet

26-05-2022, 14:0

“Səbail”i Mahmud Qurbanov çalışdıracaq? – ÖZÜ AÇIQLADI

Premyer-liqa / Manşet

12-01-2023, 14:0

Şahin Diniyevin “Səbail”də görmək istəmədiyi futbolçunun aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA

Aktual
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
Son xəbərlər
  • Bu gün, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Bu gün, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Bu gün, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
Daha çox
Oxunub: 221
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə