Holann geri qayıtdı

7.04.2023 15:26 228
Dünya futbolu
“Mançester Siti”nin məşqçiləri Erlinq Holanna görə sevinirlər.

"Football-plus.az" xəbər verir ki, komandanın aparıcı hücumçusu zədəsini sağaldaraq məşqlərə başlayıb.

İngiltərə klubunun saytının məlumatında norveçli futbolçunun premyer-liqanın “Sauthempton”la matçında iştirak edə biləcəyi bildirilib. Xatırladaq ki, Holann qasıq nahiyəsindəki problemə görə mart ayında keçirilən rəsmi oyunlarda Norveç millisinə kömək edə bilməmişdi. 22 yaşlı hücumçu həmçinin premyer-liqada “Liverpul”la matçı (4:1) da buraxmışdı.