Kuinnin göstəricisini təkrarladı

4.09.2022 23:10 370
Dünya futbolu
Erlinq Holann premyer-liqaya fırtına kimi başlayıb.

O, “Mançester Siti”nin “Aston Villa” ilə oyununda (1:1) da qapıya yol tapıb. Norveçli hücumçu İngiltərə çempionatında keçirdiyi ilk 6 matçda 10 qol vurub. Erlinq bununla Mika Kuinnin göstəricisini təkrarlayıb. Serxio Aquero ilə Dieqo Kosta vaxtilə premyer-liqada ilk 6 oyuna 8, Yürgen Klinsmann isə 7 qol vurub.