Erlinq Holannın durumu ilə bağlı xəbər var.
“Football-plus.az” xəbər verir ki, “Mançester Siti”nin 22 yaşlı hücumçusu zədə səbəbindən İngiltərə premyer-liqasının 29-cu turunun “Liverpul”la oyununu (4:1) buraxmışdı. Baş məşqçi Xosep Qvardiola norveçli oyunçu ilə bağlı belə deyib: “Erlinq indi daha yaxşıdı. Ümid edirəm ki, onun “Sauthempton” və “Bavariya” ilə matçlara hazırlaşmaq üçün vaxtı olacaq və həmişəki kimi bizə kömək edəcək”.
“Mançester Siti” premyer-liqada aprelin 8-də səfərdə “Sauthempton”la qarşılaşacaq. Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə ev oyunu isə aprelin 11-də keçiriləcək.