• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xaliq Mərdanov millinin uğursuz startının səbəblərini açıqladı - MÜSAHİBƏ

Aktual / Müsahibə

7-04-2023, 11:0

Misli remyer-liqasının 28-ci turunun "Kəpəz" - "Səbail" qarşılaşmasını izləyənlər arasında əvəzedicilərin baş məşqçisi Xaliq Mərdanov da vardı.

"Football-plus.az" olaraq təcrübəli mütəxəssislə oyun, premyer-liqanın axarı, rəhbərlik etdiyi "Kəpəz-2"nin çıxışı və yığmamızın AÇ-2024-ün seçmə mərhələsində rüsvayçı startıyla bağlı danışdıq.

- Xaliq müəllim, çempionatın axarıyla bağlı fikirləriniz maraqlıdı.
- Çempionat normal axarıyla gedir. Əsas mübarizə ikinci "5-lik" komandaları arasındadı. Sonuncu yeri tutmamaq uğrunda gərgin mübarizə yaşanır. "Sumqayıt"ın səfərdə "Turan Tovuz"u məğlub etməsi gərginliyi bir qədər də artırdı. Düşünürəm ki, belə vəziyyət çempionatın son turuna qədər davam edəcək.

- "Kəpəz" doğma meydanda "Səbail"i yenməklə təhlükəli zonadan bir qədər uzaqlaşdı. Sizcə, komanda uğurlu çıxışını davam etdirə biləcəkmi?
- Bu haqda indidən nəsə demək çətindi. Amma qarşıdakı oyunların gərgin və maraqlı keçəcəyi dəqiqdi.

- Sizin rəhbərlik etdiyiniz əvəzedici komandada vəziyyət necədi?
- Ümumi ab-hava yaxşıdı. Hazırlığımız da normaldı. Düzdü, 22-ci turun ev oyununda minimal hesabla məğlub olduq. Sonrakı turda isə səfərdə minimal hesabla qalib gəldik. Həm komanda şəklində hücumlar qurmaqda, həm də əks-hücumlara çıxmaqda effektli olmağa çalışırıq. "Səbail-2" ilə matçda da yaxşı çıxış etdik. Rəqib bir qədər üstünlüyü ələ alanda komanda şəklində müdafiə olunmaq və hesabı qoruyub saxlamağı da bacardıq. Bir qədər də inkişaf etməliyik.

- Qarşınıza hansısa pilləni tutmaq hədəfi yoxdu. Məqsədiniz əsas komanda üçün futbolçu yetişdirməkdi. Bu müddət ərzində neçə futbolçunu "Kəpəz"ə qazandırmısız?
- Doğru vurğuladız, məqsədimiz futbolçu yetişdirməkdi. Bu mövsüm əsas komandaya 5 futbolçu qazandırdıq. Çalışacağıq növbəti mövsüm ən azı bu qədər oyunçu yetişdirək.

- Gəncədə və yaxın rayonlarda istedadlı uşaqları üzə çıxarmaq üçün seleksiya işləri aparırsız?
- Hazırda çempionatın gərgin dönəmi olduğundan seleksiya xarakterli işlərlə məşğul deyilik

- Kamran İbrahimovun "Kəpəz"dən göndərilməsi gündəmdə olsa da, gənc qapıçı yola salınmadı və sizin sərəncamınıza verildi. "Neftçi"nin sabiq qolkiperindən razısız, yoxsa Müşfiq Nadirov hazırda "1 nömrə"di?
- Hər futbolçudan həm qapıçı, həm də insan kimi razıyam. Onlar məşqlərdə bütün gücləriylə çalışır. Sadəcə, limitə görə Müşfiqə bir qədər çox şans veririk. Kamran premyer-liqa təcrübəsi olan qolkiperdi. Ona qarşıdakı oyunlarda şans verəcəm.

- Kapitan Elvin Yunuszadənin sıradan çıxması qarşıdakı matçlarda sizə problem yaratmayacaq?
- Yaradacaq. İki stopperimiz var. Onların hər biri sıradan çıxıb. Əvvəlcə Nemət Musayev, sonra da Elvin zədələndi. Onların olmaması işimizi xeyli çətinləşdirib. Amma heyətdə eksperiment aparmaqla Ruslan Süleymanovla Mahir Həsənovu son müdafiəçi mövqeyində sınadıq. Hər ikisi özünü yaxşı tərəfdən göstərdi. Onların çıxışından məmnunam.

- Yığmanın sabiq üzvü kimi ölkənin əsas komandasının seçmə mərhələdə biabırçı startıyla bağlı nə deyə bilərsiz?
- Açığı, belə nəticə gözləmirdik. Əslində hər iki oyuna pis başlamadıq. Sadəcə, sonradan rəqiblər bizi üstələdi. Hazırda Avropa futbolu sürətə və ideal fiziki hazırlığa əsaslanır. Təəssüf ki, yığmamız həm fizikada, həm də sürətdə çatdıra bilmir. Böyük hesabla uduzmağımızdan narahatıq.

- Millinin müasir futbola uyğunlaşa bilməməsinin səbəbi nədi və çıxış yolu varmı?
- Səbəb çoxdu. Onları bir-bir açıqlasaq, çox vaxtımız gedər. Amma hər şeydən əvvəl premyer-liqanın səviyyəsini qaldırmalıyıq. Elitada daha çox komandanın iştirakı təmin olunmalıdı. Həmçinin yerli futbolçular legioner həyatı yaşamağa can atmalıdı. Nə qədər güclü çempionatlarda futbolçularımız oynasa, bir o qədər yaxşıdı. Düşünürəm ki, sadaladıqlarımı etsək, millimizdə də inkişaf olacaq.

- Çoxları deyir ki, yığmada “milliləşdirilən” oyunçular çoxdu və buna görə meydanda milli ruh nümayiş etdirmir, mübarizə aparmırlar. Siz də belə düşünürsüz?
- Mən belə deməzdim. İstər Avstriya, istərsə də İsveç ilə oyunda futbolçularımız ilk dəqiqələrdən çox istəkliydi. Qol vurmaq üçün çalışırdılar. İstər yerli, istərsə də “milliləşdirilən” oyunçular “diş göstərirdi”. Sadəcə, yuxarıda qeyd etdiyim kimi, təcrübədə, sürətdə və fiziki hazırlıqda rəqibə uduzduq. Ümid edək ki, bu iki oyunda aldığımız məğlubiyyətlər dərs olacaq, futbolçular bundan nəticə çıxaracaq.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

14-02-2023, 14:0

Xaliq Mərdanov klubdaxili iclasda Tərlan Əhmədova nə deyib? – ÖZÜ AÇIQLADI

Premyer-liqa / Manşet

30-08-2022, 22:0

“Kəpəz”i gəncəli mütəxəssis çalışdıracaq – RƏSMİ AÇIQLAMA

1-ci liqa / Manşet

29-09-2022, 23:0

Xaliq Mərdanov oğlunun avtoqoluna münasibət bildirdi - AÇIQLAMA

Ölkə futbolu / Manşet

10-09-2022, 21:0

Xaliq Mərdanov Rauf Əliyevə şans verəcək

Ölkə futbolu

23-02-2023, 16:0

Xaliq Mərdanov Tərlan Əhmədova lazım olmayan futbolçunu niyə oynatmır? – AÇIQLAMA

Premyer-liqa / Manşet

10-01-2023, 20:0

Xaliq Mərdanovun oğlu "Kəpəz"dən niyə ayrılıb? - AÇIQLAMA

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə