Amma gənc qapıçı “Kəpəz-2”nin heyətində də meydanda görünmür. Hər halda, birinci divizionun qış fasiləsindən sonra keçirilən 3 oyununda qapını Müşfiq Nadirov qoruyub. Kamran isə ehtiyat oyunçular skamyasında yer alıb.
"Football-plus.az" saytı olaraq bunun səbəbini aydınlaşdırmağa çalışdıq. "Kəpəz-2"nin baş məşqçisi Xaliq Mərdanovun məsələ ilə bağlı reaksiyası belə oldu:
"Kamran həm qapıçı, həm də insan kimi yaxşı biridi. Kim onun haqqında nə düşünür, nə deyir, bilmirəm. Amma əxlaqı, tərbiyəsi yerində olan bir oğlandı. Məşqlərdə də üzərində çalışır. Qarşıdakı oyunlarda ona şans verməyi düşünürəm"
ABDULLA İSMAYILOĞLU





