Misli premyer-liqasında hər iki cəbhədə mübarizə aparan “Neftçi” indidən gələn mövsümlə bağlı planlar qurur.
“Football-plus.az” xəbər verir ki, flaqman heyətini gücləndirmək üçün bir neçə futbolçu ilə danışıq aparır. Onlardan biri “Universitatya Kluj”da çıxış edən Joze Qomeşdi. Qvineya-Bisau əsilli portuqaliyalı əslində ÇFR-ə məxsusdu. Klujun digər təmsilçisində icarə əsasında çıxış edir. Mərkəz hücumçusu bu mövsüm ümumilikdə 13 matçda meydana çıxıb. 23 yaşlı forvard bu görüşlərdə 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
Joze Qomeş karyerasına “Benfika”nın ikinci komandasında başlayıb. Daha sonra “Portimonense”, “Lexiya” (Qdansk), “Çerno More”, “Sereno” kimi kollektivlərdə top qovub. U-20 millisinə kimi Portuqaliyanın bütün yaş qrupları üzrə komandalarında çıxış edib. Maraq üçün qeyd edək ki, “Universitatya Kluj”un sponsorlarından biri SOCAR-dı.
İLKİN SULTANLI