Mövsümün sonunda “Zirə”də ayrılıq yaşanacaq.
“Football-plus.az” saytının məlumatına görə, Davit Volkov komandanı tərk edəcək. Gürcüstanlı forvard karyerasını Polşada davam edirəcək. 26 yaşlı hücumçu ilə “Lexiya” ilkin razılıq əldə edib.
Volkovun yeni komandasında maaşı da artacaq. Gürcüstanlı futbolçu Qdansk təmsilçisində ilinə 180 min dollar qazanacaq. Maraq üçün qeyd edək ki, hücumçunun “Zirə”də illlik qazancı 80 min manatdı.
Volkov cari mövsüm “Zirə”nin heyətində 30 görüşdə 11 qol vurub, 6 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Lexiya” Polşa çempionatında 32 turdan sonra 56 xalla 4-cü pillədə qərarlaşıb.
İLKİN SULTANLI