Liberiya millisinin daha bir üzvü karyerasını Azərbaycanda davam etdirə bilər.
Söhbət müdafiəçi Prins Baldedən gedir. Hazırda klubsuz olan futbolçu ilə premyer-liqa təmsilçilərindən biri danışıq aparır. 24 yaşlı futbolçu son olaraq Kosovoda çıxış edib. Daha dəqiq desək, “Drita”da. Balde 2022/23 mövsümündə cəmi 8 görüşdə meydana çıxıb. Bu qarşılaşmalarda 1 qol vurub, 1 sarı vərəqə alıb. Futbolçu yanvarın əvvəllərində qarşılıqlı razılıq əsasında “Drita” ilə yolları ayırıb.
Balde peşəkar karyerasına ölkəsində başlayıb. Burda “Çampasak Yunayted”də top qovub. Daha sonra “Monrovii”yə keçib. 2018-ci ildən isə Kosovo karyerası başlayıb. O, ardıcıl olaraq “Feronikeli”, “Dreniça” klublarında çıxış edib. Liberiya millisində 10 matçda meydana çıxsa da, fərqlənə bilməyib.
İLKİN SULTANLI
Liberiya millisinin üzvü Azərbaycan klubunun hədəfində
Premyer-liqa / Manşet



