• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mehman Allahverdiyev qazonla bağlı aprelin sonunu nişan verdi - MÜSAHİBƏ

Premyer-liqa / Manşet / Müsahibə

5-04-2023, 19:0

"Kəpəz" - "Səbail" oyununu izləyənlər arasında meydan sahiblərinin idman direktoru Mehman Allahverdiyev də var idi.

Fürsətdən istifadə edib Gəncə futbolunun canlı əfsanəsiylə söhbətləşdik. Onun stadionun ot örtüyü, "sarı-göylər"in qələbəsi, yığmanın çıxışı və başqa mövzularla bağlı fikrini öyrəndik.

- Bu gün "Səbail" üzərində qələbə qazandız. Oyunla bağlı təəssüratınız maraqlıdı...
- Çox gərin matç keçdi. Hər iki komandaya 3 xal hava-su kimi lazım idi. Buna rəğmən, “Kəpəz” qələbəyə daha layiq idi. Sağ olsun futbolçularımız, meydanda yaxşı mübarizə aparmaqla bizə qələbə sevinci yaşatdılar.

- Stadionun qazonu bərbaddı. Belə şəraitdə oynamaq oyunçularda zədə riskini artırır...
- Stadionumuz vəziyyəti yaxşı deyil. Amma ot örtüyü bu qədər problemli deyildi. Görünür, bayram günlərində şaxtalı havaların olması qazonu daha da bərbad günə qoyub.

- Bununla bağlı ölçü götürüləcək?
- Çalışacağıq ki, əlimizdən gələni edək. Sevindici haldı ki, havalar istiləşir. Bu da işimizə kömək edəcək. Düşünürəm ki, ayın sonuna kimi qazonun vəziyyəti düzələcək.

- Sonuncu yeri tutacaq komanda elitanı tərk edəcək. Bu, "Kəpəz" camiəsi üçün də siqnaldı?
- Əlbəttə, hər kəs anlayır ki, 4-cü dövrə olduqca gərgin keçəcək və hansı komanda daha istəkli, mübariz olacaqsa, az səhv edəcəksə, o da elitada qalacaq. "Səbail" üzərində qələbə bizi həm ümidləndirdi, həm də bir az rahat nəfəs almağımızla nəticələndi. Çünki hazırda sonuncu pillədə olan "Səbail"lə xal fərqimiz 7-yə çatdı. Təhlükəli zonadan qismən uzaqlaşdıq. Amma bu arxayınlıq və elitada yerimizi təmin etmək kimi qiymətləndirilməməlidi. Qarşıda hələ 8 ağır oyun var. Hər tur ağır keçəcək. "Turan Tovuz" - "Sumqayıt" oyununa baxın. Hər iki komanda meydanda döyüşdü. Bu bir daha sübut edir ki, çempionat, əsasən də ikinci "5-lik" komandaları arasında intriqa son tura qədər davam edəcək.

- Azərbaycan futbolunda xüsusi çəkisi olan fiqursuz. Sizcə, ölkənin əsas komandasında problem nədi ki, biabırçı məğlubiyyətlərlə üzləşir?
- Söz yox ki, Avstriya ilə İsveç güclü komandalardı. Amma böyükhesablı yenilgi gözləmirdik. Təbii ki, yığmada kimi oynadıb-oynatmamağa baş məşqçi qərar verir. Hazırda dünya futbolunda “milliləşdirmə” var. Hətta Ermənistan - Türkiyə oyununda da bədnam qonşularımızın heyətində qaradərili oyunçuya rast gəldik. Amma mənim qəti mövqeyim budu ki, millimizdə gəlmə futbolçulara yer verilməməlidi, yerli oyunçular oynamalıdı. Bunun üçün premyer-liqada komandaların sayını artırmalıyıq. Baxın, əvvəlki illərlə müqayisədə cari mövsümdə həm komandaların sayı artdı, həm də çempionat daha maraqlı və mübarizəli keçir. İndi düşünün, elitada 12, 14 və daha çox komanda olsaydı, daha güclü çempionat olmaqla yanaşı, yerli oyunçuların da inkişafı olacaqdı. Belə olanda da milli üçün futbolçu seçimi çoxalardı. Əminəm ki, yerli futbolçular millinin heyətində daha çox can qoyacaq. Mənə hələ də çatmır ki, Qara Qarayev kimi futbolçu niyə yığmaya çağrılmır?

- “Milliləşdirilən” oyunçuların əleyhinəsiz. Bəs əcnəbi baş məşqçilərin yığmanın “sükanı arxasına” gətirilməsinə son qoymalıyıqmı?
- Əcnəbi məşqçilərə üstünlük vermək ənənəsinə son qoyulmalıdı. Milli onların rəhbərliyi altında biabırçı nəticələr göstərirsə, bunu yerli məşqçilər də edə bilər. Hərçənd inanmıram ki, öz məşqçilərimiz belə nəticələr qazana. Özümüzün yetərincə gənc məşqçiimiz var ki, milliyə daha çox fayda verər.

- Sizcə, yığmanın “sükanı arxasında” hansı yerli mütəxəssislər yer almalıdı?
- Kifayət qədər məşqçi var. Amma ilk növbədə nəticə qazananlara yer verilməlidi. Elə götürək bizim komandanın baş məşqçisi Tərlan Əhmədovu. Ayxan Abbasov da milliyə layiqdi. Cavid Hüseynov məşqçiliyə yeni başlamağına rəğmən, azərbaycanlı oyunçuları yaxından tanıyır. Yəni o da millidə özünü doğruldar. Amma əsas namizəd Qurban Qurbanovla Rəşad Sadıqovdu. Arzum odu ki, millidə baş məşqçi Qurban Qurbanov, köməkçisi isə Rəşad Sadıqov olsun. Fikrimcə, bu duet yığmamızı inkişafa aparar.

- Yenidən Gəncə stadionuna qayıdaq. Arenanın tam sökülüb yenidən tikilməsi və ya başqa yerdə inşa edilməsiylə bağlı söz-söhbət gəzir. Stadionun taleyi necə olacaq?
- Hələ ki ortada dəqiq nəsə yoxdu. Mən də sizin qədər məlumatlıyam. Amma şəxsi mövqeyim budu ki, yeni stadion hazırkı yerində tikilsin. Çünki klubun akademiyası burda olacaq. Həmçinin bura hələ SSRİ dönəmindən futbol məkanımız olub. Hazırkı qəzalı stadionun tutumu 26 mindi. Böyük ehtimalla yeni stadion 20 minlik olacaq. Düşünürəm ki, Gəncə stadionu yalnız "Kəpəz"in istifadəsində olmamalıdı. Baxın, Gürcüstan seçmə mərhələdəki son oyunlarını Batumidə keçirdi. Halbuki Gürcüstanın nə ikinci, nə üçüncü, nə də dördüncü şəhəridi. Amma Gəncə qədim tarixə malik diyar olmaqla yanaşı, ikinci böyük şəhərimizdi. Ona görə yeni stadionumuzda millinin oyunlarının keçirilməsi də yaxşı olar. Bundan başqa, U-21 və U-19 yığmalarının matçlarının keçirilməsi də məqsədəuyğundu.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-09-2022, 14:0

“Kəpəz” rəhbərliyi Tərlan Əhmədov – Mehman Allahverdiyev qalmaqalına reaksiya verdi - AÇIQLAMA

1-ci liqa

2-03-2023, 15:0

“Ot örtüyü olmayan meydanda oynamaq çox çətin və risklidi" – Xaliq Mərdanov

Premyer-liqa / Manşet

25-09-2022, 12:0

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

Ölkə futbolu

21-02-2023, 12:0

“Mehman Allahverdiyev görmədiyi, bilmədiyi hadisə barədə mediaya müsahibə verir” - “Kəpəz”in məşqçisi

Premyer-liqa

23-06-2022, 15:0

Tanınmış mütəxəssis yenidən "Kəpəz"də - RƏSMİ

Aktual
“Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
"Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
"Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Son xəbərlər
  • Bu gün, 19:15
    "Neftçi" üç legioneriylə vidalaşdı - Abubakar da getdi
  • Bu gün, 18:44
    Bundesliqada çempion olmuş komanda aşağı liqaya yuvarlandı!
  • Bu gün, 18:13
    Konte hansı klubun başına keçəcək?
  • Bu gün, 17:42
    “Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
  • Bu gün, 17:22
    Fransa klubunda gözləniməz istefa
  • Bu gün, 16:51
    "Sabah" Nicatla yola davam etmədi
  • Bu gün, 16:20
    Pasportu oğurlandı, məşqlərdən kənarda qaldı
  • Bu gün, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Bu gün, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Bu gün, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Bu gün, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Bu gün, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Bu gün, 12:51
    Usik Həbibi seçdi
  • Bu gün, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Bu gün, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Bu gün, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 199
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Oxunub: 194
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə