Söylənilənlərə inansaq, Tərlan Əhmədovun köməkçisi Ceyhun Tanrıverdiyev məşqi izləyən akademiyanın məşqçilərdən sakitliyə riayət etmələrini istəyib. Bu zaman onlardan biri ilə Ceyhun bəy arasında narazılıq yaşanıb və adı çəkilməyən mütəxəssis Tanrıverdiyevə yumruq atıb. Msport.az saytına açıqlama verən “sarı-göylər”in idman direktoru Mehman Allahverdiyev deyilənlərə belə münasibət bldirib: “Mən orda olmamışam. Yalandan nəsə deyə bilmərəm. Elə-belə eşitmişəm ki, aralarında söz-söhbət olub. Yumruq deyəndə, zərbə eşitdiyim qədər sifətə yox, bədəninə dəyib (əli ilə göstərir, qol-çiyin istiqamətini - red.). Hadisəni eşidəndən sonra ora getdim”.
Məsələyə aydınlıq gətirmək üçün Ceyhun Tanrıverdiyevlə əlaqə saxladıq. Mütəxəssis Football-plus.az saytına açıqlamasında bunları söylədi:
“Turan Tovuz”la oyundan öncə komandanın məşqi idi. Hazırlıq prosesini izləyənlər arasında akademiyanın məşqçiləri də var idi. Bir qədər səs-küy olduğundan onlara yaxınlaşıb sakitliyə riayət etmələrini xahiş etdim. Orda başqa heç bir söz-söhbət, dava-dalaş olmayıb. Klubun idman direktoru Mehman Allahverdiyev məşqdə yox idi. Özü də mətbuata açıqlamasında orda olmadığını etriaf edib. Belə olan halda görmədiyi hadisə barədə danışmağı, açıqlama verməyi nə dərəcədə düzdü? Adama deyərlər, gördüyünü danış, eşitdiyini yox. Belə hadisənin olduğunu lap eşidibsə, birinci bunu aydınlaşdırmalı, sonra isə tədbir görməli idi. Mehman Allahverdiyev isə görmədiyi, bilmədiyi hadisə barədə mediaya müsahibə verir”.
RƏŞAD




