Baş məşqçi vəzifəsində 4 ay işləyə bildi

5.04.2022 15:35 639
Dünya futbolu
“Alaves”də baş məşqçi istefası qaçılmaz olub: Xose Luis Mendilibar istefaya göndərilib.

Rəhbərliyin bu qərarına komandanın uğursuz çıxışı səbəb olub. 61 yaşlı ispan mütəxəssis “Alaves”i ötən ilin dekabrından çalışdırırdı. Komanda Mendilibarın rəhbərliyi altında La Liqada keçirdiyi 12 oyunda yalnız 1 qələbə qazanıb. “Alaves” hazırda turnir cədvəlində 22 xalla sonuncu - 20-ci yeri tutur.