Görəsən, futbolçuların bir neçə saat ac qalandan sonra qidalanması və rəqib komandanın çalışdırıcısı Murad Musayevin buna etiraz etməsi oyunun axarına təsir edib? Sualımızı “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevə ünvanladıq. Onun “Football-plus.az”a söylədiklərinə keçid alaq:
“Azərbaycan islam ölkəsidi. Əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir. Dini etiqadlara hörmət etmək hər kəsin vəzifəsidi. Rəqib komanda öndə olsa və onlar üçün xüsusi iftar fasiləsi verilsə, şəxsən buna səsimi çıxarmazdım.
Futbolçularımızdan biri zədələndiyi üçün oyuna Cavid Cəlilov tərəfindən fasilə verilmişdi. Həkimlərin müdaxiləsi zamanı oyunçular orucunu açdı. Biz əlavə vaxt tələb etməmişdik. “Qəbələ”nin bununla bağlı PFL-ə rəsmi müraciəti də olmayıb.
Qarşılaşmanın nəticəsinə gəlincə, futbolda ehtimallar çoxdu. Hər an hər şey baş verə bilər. Məhz həmin hadisəyə görə uduzduğumuzu düşünmürəm. Performansımıza təsir edib-etmədiyini dəqiq demək mümkün deyil. Etsə belə, mənəvi duyğulara görə buna qarşı gəlməyə, kimisə nəyəsə məcbur etməyə haqqımız yoxdu. Yenə deyirəm, hörmət etməliyik”.
KƏNAN BAHADIR






