2006-dan bəri ilk dəfə

3.04.2023 22:51 278
İdman
Martın 30-da səfərdə “Portlend”a qalib gələn “Sakramento” pley-offa vəsiqəni təmin etdi.

"Football-plus.az" xəbər verir ki, “krallar” 2006-cı ildən bəri ilk dəfə bu mərhələdə görünəcək. Onda komanda 1/8 finalda “San-Antonio”ya uduzmaqla (2:4) mübarizəni dayandırmışdı. “Sakramento” son 16 ildə pley-offda çıxış etməyib ki, bu da Şimali Amerikanın bütün əsas liqaları üçün rekorddu. “Krallar” 76 oyundan sonra Qərb konfransının 3-cü pilləsində qərarlaşıb.