Fanatlar cəzasını aldılar

3.04.2023 17:40 256
Dünya futbolu
“Reyncers”in azarkeşi cəzaya məhkum edilib.

"Football-plus.az" xəbər verir ki, fanat “Seltik”n fizioterapevti Daniel Frielə butulka atdığı üçün həbs cəzası alıb.

BBC-nin məlumatına görə, keçən il aprelin 3-də komandalar arasında keçirilən oyunda fanat Danielin başına butulka atmışdı. Nəticədə Frielin başına 4 tikiş qoyulmuşdu. Fanatı bir il müddətinə azadlıqdan məhrum edən məhkəmə ona 5 il müddətinə futbol matçlarına getməyi qadağan edib.

Yeri gəlmişkən, PSV rəhbərliyi Avropa Liqasının pley-off mərhələsində “Sevilya”ya qarşı matçda rəqib komandanın qapıçısı Marko Dmitroviçi yumruqla vuran azarkeşi 40 il müddətinə oyunlardan kənarlaşdırıb. Niderland klubunun məlumatında həmin azarkeşin 2 il ərzində “Philips” stadionunun ətrafına belə buraxılmayacağı da açıqlanıb. PSV həmçinin “Sevilya”nın uğradığı zərərin əvəzinin ödənilməsi üçün lazımi addım atacağını da bildirib.