“Tottenhem”in fanatı həbs olundu

28.02.2023 16:09 229
Dünya futbolu
London derbisində insident qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in adı açıqlanmayan bir azarkeşi “Çelsi” ilə oyunda yolverilməz davranış nümayiş etdirib.

Derbi ev sahibi “Tottenhem”in 2:0 hesablı qələbəsi ilə nəticələnib. Yerli fanatlardan biri səsləndirdiyi şüarlara görə həbs edilib. “Daily Mail” qəzetinin yaydığı məlumata görə, həmin fanat matç zamanı homofob şüarlar səsləndirməkdə şübhəli bilinir. “Tottenhem”in insidentlə bağlı rəsmi məlumatında belə bildirib: “Bir nəfərin homofob ifadə işlətdiyinə görə həbs olunduğunu təsdiqləyə bilərik. “Tottenhem”də ayrı-seçkiliyə yer yoxdu”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul