PSV-nin azarkeşi həbs olunub.
“Football-plus.az” xəbər verir ki, adı açıqlanmayan fanat Avropa Liqasının pley-offunun “Sevilya” ilə cavab matçındakı hərəkətlərinə görə cəzalanıb. Həmin azarkeş fevralın 23-də keçirilən matçda rəqib qapıçı Marko Dmitroviçə hücum etmişdi, amma qapıçı xəsarət almamışdı. Hətta Dmitroviç onu dayandırmağa, zərərsizləşdirməyə çalışmışdı. Təhqiqatdan sonra azarkeş hərəkətinə görə 3 aylıq müddətə həbs olunub.
Xatırladaq ki, “Sevilya” PSV-ni iki oyunun nəticəsinə (3:0, 0:2) görə məğlub edərək 1/8 finala adlamışdı.