Orlandoda kuryoz hadisə

30.03.2022 15:30 373
Dünya futbolu
Şimali və Mərkəzi Amerika regionunda kuryoz hadisə baş verib.

ABŞ yığmasının oyunçuları DÇ-2022-nin seçmə oyununda Panama üzərində qələbədən (5:1) sonra mundialın final mərhələsinə vəsiqə qazandığını zənn ediblər. Onlar hətta bu “uğur”la bağlı banner açıb və qələbəni azarkeşlərlə birlikdə bayram ediblər. Amma Orlandodakı matçdan az sonra onların texniki səhv etdikləri məlum olub.

Milli komandanın hələ DÇ-2022-yə vəsiqəni təmin etmədiyini öyrənən futbolçular pərt olublar.