“Qarabağ” Zubir və Toral ilə bağlı təklif almayıb

2.04.2023 21:15 401
Premyer-liqa / Manşet
Azərbaycan – Türkiyə qardaşlığı “Qarabağ” – “Qalatasaray” görüşündə bütün dünyaya nümayiş olundu.

Düzdü, hələ ki Türkiyəyə göndəriləcək vəsaitin məbləği açıqlanmayıb. Amma oyunun maraqlı, təşkilatçılığın ideal səviyyədə olduğunu hamı gördü. Bu görüş Ağdam təmsilçisinin üzvləri üçün də reklam olub. Türkiyə mediasında Toral Bayramovla Abdulla Zubirin “Qalatasaray”a keçəcəyi ilə bağlı xəbərlər yayılır. Görəsən, bu həqiqətdi? Adı çəkilənlər İstanbul təmsilçisinə keçir? Sualımızı “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə belə cavabladı:

“Həqiqətəuyğun informasiya deyil. Nə Toral, nə də Zubir ilə bağlı rəsmi təklif almışıq. Biz də mediadan bu xəbərlərlə tanış olmuşuq. Rəsmi təklif olmadan bununla bağlı başqa nəsə demək düzgün deyil”.

İLKİN SULTANLI