Football-plus.az xəbər verir ki, bu məlumatı DHA nəşri yayıb. Baş məşqçi Okan Buruk millimizin də üzvü olan müdafiəçinin keçidini istəyir.
21 yaşlı futbolçunun Çempionlar Liqasındakı çıxışları ilə "Qalatasaray"ın transfer hədəfinə çevrildiyi qeyd olunub. İstanbul klubunun Bayramovun meneceri ilə danışıq apardığı bildirilib. Məsələ ilə bağlı müdafiəçinin agenti Tural Əsgərovla əlaqə saxladıq. O, yayılan xəbərə belə münasibət bildirdi:
"Rəsmi olaraq heç nə yoxdu. Türkiyə mətbuatının xəbəridi. Bilmirəm özlərindən uydurublar, yoxsa hardansa, nəsə eşidiblər. Amma rəsmi olaraq nəsə yoxdu. Amma Toral kimi futbolçuya Türkiyə və ya digər ölkələrinin klublarının maraq göstərməsi normaldı. Çünki "Qarabağ" kimi klubda kifayət qədər normal oyun sərgiləyir. Təbii ki, futbolçuya maraq göstərənlər çoxdu. Lakin rəsmi olaraq heç nə yoxdu".
İLKİN SULTANLI




