• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Mənim illər əvvəl dediklərimi indi digər məşqçilər deyirlər" - Tərlan Əhmədov

Premyer-liqa / Manşet

1-04-2023, 18:0

"Bizə dəstək olan bütün fanatlara təşəkkür edirəm. Bu ağır vəziyyətdə bizi ruhlandırdılar. Rəqibə oynamağa imkan verməməyə çalışdıq. Onları təzyiqdə saxladıq. Üç xal bizim üçün çox vacib idi. Doqquz xallıq oyun oldu. Bu, bizə böyük motivasiyadı. Uğurlu çıxışın davamını gətirmək istəyirdik. Bu gün ən çox nəticə üçün çalışdıq. Futbolçularıma gözəl mübarizəyə görə təşəkkür edirəm".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov premyer-liqanın 28-ci turunun "Səbail"lə (1:0) qələbəsindən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Ot örtüyünün durumu barədə fikriniz necədi?

- Əlbəttə ki, oyun keyfiyyəti bir az aşağı idi. Ancaq peşəkarlar üçün problem olmamalıdı. Bəli, meydançanın bu vəziyyətdə olması bizim üçün də üzücüdü. Ot örtüyü yaxşı olsa, oyunlarımız da daha keyfiyyətli alınar.

- Futbolçuların performansında yüksəliş hiss olunur...

- Ümumi olaraq bütün komanda yüksəlişdədi. Çalışırıq ki, bu vəziyyəti saxlayaq. Hələ ki, heç kimlə danışıq olmayıb. Premyer-liqada qalmağımız dəqiqləşəndən sonra futbolçularla danışıqlar başlanacaq. Büdcə də bəlli olmalıdır. Bu ilki əməkhaqqı ilə heç bir futbolçu yeni müqavilə imzalamaz. Sponsor, maliyyə məsələləri həll olunandan sonra bu barədə danışmaq olar.

- Bugünkü oyunda Orxan Sadıqlıya qapını etibar etdiniz. Bunun səbəbi nədi?

- Bizim üç qapıçımız da eyni səviyyədədi. Orxanın oyun praktikasının azalmasını istəmirəm. Buna görə də onu itirə bilmərik. Olar bilər ki, 2-3 turdan bir dəyişiklik etdik.

- Maaşların gecikdiyi deyilir. Bu, həqiqətdir?

- Bu barədə mətbuat xidməti açıqlama verib. Bəli, 2 ayın maaşını almamışıq. Gözləntimiz var. İdarə heyətinin rəhbəri futbolçularla danışır. Bu həftə məsələ öz həllini tapmalıdı.

- Növbəti mövsüm bu stadionda oynayacaqsız?

- Məndə belə məlumat yoxdu. Mənim karyeram çətin yerlərdə işləməklə keçib. Son üç gündə yeni salınmış təbii meydançada məşq etdik. Klub rəhbərliyi də çalışır. Biz qarşıdakı 8 turu fikirləşirik. Düşünürəm ki, stadion problemi qısa müddətdə həllini tapar.

- Maaş almayan komanda oyunlara necə fokuslanır?

- Çox çətindi. Bir dəfə futbolçular məşqə çıxmaqdan imtina etmişdi. Bunu yoluna qoyduq. Bizim işimiz insanlara sevinc bəxş etməkdi. Uşaqlara deyirəm ki, oynayarkən evdə sizi həyəcanla izləyən yaxınlarınızı fikirləşin. Onların sevinci milyona dəyər. Gecikmə ola bilər.

- Klubla müqavilənizi uzadacaqsız?

- Heç bir danışığımız olmayıb. Sırf çempionata köklənmişik. Müqavilədən danışmaq hələ tezdi. Bu gün qalib gələrək premyer-liqada qalmaq şansımızı artırdıq.

- Millinin oyunlarını necə şərh edərdiz?

- Üzücü məsələdi. Bizim zamanımızda şərait belə deyildi. 50 dollar maaş alırdıq. Bizim təlim-məşq toplanışımız olmurdu. Amma bu gün şərait fərqlidi. Məni üzən başqa məsələdi. Əcnəbi fubolçuların milliləşdirilməsi məni çox məyus edir. Akademiyalarımıza diqqət göstərməliyik. Artıq görürəm ki, mənim illər əvvəl dediyim fikirləri indi digər məşqçilər deyirlər. Akademiyalara kənardan kurator gətirmək lazım deyil. Həmin kuratorlara milyonlar xərclənir. O pulun yarısına başqa ölkələrlə əməkdaşlıq etmək olardı. Heç bir klubda savadlı məşqçilər yoxdu. Bu gün nə "Neftçi"də, nə "Qarabağ"da milli səviyyəsində oyunçu yetişmir. Millimiz legionerlərlə oyuna çıxıb məğlub olur. Elə onların əvəzinə öz gənclərimizə şans vermək yaxşıdı. Minimum 8 illik proqramla futbolumuzu inkişaf etdirə bilərik. Nazirliklə AFFA-nın əməkdaşlığı olmalıdı. Son 5 oyunda qalib gəldikdə hamımız sevinmişdik. Amma o yığmalarla indiki rəqiblərimizin səviyyəsi eyni deyil. Məşqçilər bunu fikirləşməliydilər. İki oyunda 9 top buraxmaq hamımız üçün üzücüdü.

- Komandanın lider futbolçuları maaşdan əlavə qonorar tələb etmir ki?

- Müqavilədə elə şey yoxdu. Mükafat motivasiya üçündü. Artıq ola bilməz. Ümumi məbləğdi. Əsas heyətdə oynayanlar yüz faiz mükafat alır. Ehtiyatdan girənlər 75 faiz, oynamayanlar isə 50 faiz. Futbol kollektiv oyundu. Elə məsələ dünya praktikasında yoxdu.

- Komanda birinci diviziona düşsə, qalacaqsız?

- AZAL-da olarkən 1,8 milyonluq büdcəni 155 minə endirdilər. Ancaq komandanı tərk etmədim. Bu gün də eyni cür davranaram.

- Futbolçularınızın mili komandaya dəvət olunmamasını necə şərh edərdiz?

- Açığı Fərid Nəbiyevin dəvət olunacağını gözləyirdim. O, "Kəpəz"in lider futbolçularından biridi. Bizdən aşağıda olan klublardan futbolçulara dəvət göndərilirsə, Fərid də çağırılmalı idi. O, özü də üzüntü yaşadı. Zədəli futbolçuları milliyə çağırıb ehtiyatda saxlamaqdansa, Fərid kimi uşaqları dəvət etmək daha yaxşıdı.

- Millidə əcnəbi məşqçinin işləməsinə münasibətiniz necədi?

- İllər əvvəl demişdim ki, klublar yüksək səviyyəyə qalxandan sonra milliyə əcnəbi məşqçi gətirmək olar. Öncə klubların səviyyəsini qaldırmalıyıq. Həmişə demişəm "Neftçi" öz əvvəlki səviyyəsinə qayıdıb söz sahibi olmadıqca millidən danışmaq mənasızdı.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

1-10-2022, 20:0

"Bu oyun bizim üçün yaxşı dərs olmalıdı" - Regekampf

Ölkə kuboku

23-11-2022, 17:0

"Komandamızın düzgün oyun quruluşu məni sevindirdi" - Tərlan Əhmədov

Premyer-liqa

4-03-2023, 21:0

"Azlıqda qalanda belə komandalara qarşı oynamaq çətindi" - Tərlan Əhmədov

Premyer-liqa

29-10-2022, 18:0

"Səhvlərimiz çoxdu" - Tərlan Əhmədov

Ölkə futbolu

15-04-2022, 22:0

"Bu, mənim karyeramın ən dəyərli hədiyyəsi idi" - Qurban Qurbanov

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Dünən, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Dünən, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Dünən, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Dünən, 10:00
    İtaliyada komandasını dəyişdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 122
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə