"Football-plus.az" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov deyib. O, Azərbaycan kubokunun 1/8 final mərhələsində "Sumqayıt"a qalib gələrək (1:0) 1/4 finala adlamaları barədə fikirlərini bölüşüb:
"İlk yarıda yaratdığımız qol epizodlarından lazımınca istifadə edə bilsəydik, bəlkə də, ikinci hissədə bizim üçün daha asan ola bilərdi. Kubokun psixoloji oyun forması var. Bu gün qalib gəldiyimiz üçün çox sevincliyik. "Kəpəz"azarkeşlərini sevindirdiyimizə görə xoşbəxtik. Mərhələ keçdiyimiz üçün futbolçularıma təşəkkür edirəm. Azarkeşlər də sağ olsunlar, bu ağır dönəmdə bizə dəstək olurlar. Komandamızın sona qədər mübarizə aparması, hesabı qoruması, düzgün oyun quruluşu məni sevindirdi".
Qeyd edək ki, "Kəpəz" 1/4 finalda "Turan Tovuz"la qarşılaşacaq.



