Argentina millisi xallarını artırmaqda davam edir.
"Football-plus.az" xəbər verir ki, FİFA reytinqinin növbəti yeniləməsində son dünya çempionları birinci pilləyə yüksələcək. Lionel Skaloninin komandası yoldaşlıq görüşlərində Panama (2:0) və Kurakaonu (7:0) məğlub edib. Bu qələbələrlə cənubi amerikalılar aprelin 6-da açıqlanacaq reytinq siyahısında 1841 xalla 2017-ci ildən sonra ilk dəfə birinci yerdə olacaq.
İSMAYIL XEYRULLAYEV