Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi Lionel Skaloninin fəaliyyətindən çox razıdı.
"Football-plus.az" xəbər verir ki, yığmanın baş məşqçisi ilə müqavilə yenilənəcək.
“TyC Sports”un yaydığı məlumata görə, tərəflər bu günlərdə məlum mövzunun müzakirəsi üçün bir araya gəliblər. Əməkdaşlığın davam etdirilməsi qərara alınıb. Skaloninin AFA ilə bu ilin sonunda qüvvədən düşəcək müqaviləsinin müddətini azı ikiilliyə artıracağı xəbər verilir. 44 yaşlı mütəxəssis 2018-ci ildən çalışdırdığı milli komandanı ötən il Amerika Kubokunda qələbəyə daşıyıb.