Argentina yığması 1990-cı ildən sonra ilk dəfə dünya çempionatına məğlubiyyətlə başladı.
Football-plus.az xəbər verir ki, “Albiselesta” onda ilk matçda Kameruna uduzmuşdu (0:1). Argentina ötən müddətdə DÇ-2018 istisna olmaqla bütün dünya çempionatlarına qələbə ilə başlamışdı.
Xatırladaq ki, Cənubi Amerika təmsilçisi 4 il əvvəl ilk oyunda İslandiya ilə heç-heçəyə razılaşmışdı - 1:1. Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzan “albiselesta”nın məğlubiyyətsiz oyunlar seriyası 36-da qaldı. Skaloninin komandası bununla İtaliyaya məxsus olan dünya rekordunu təkrarlaya bilmədi. Xatırladaq ki, Avropanın son çempionu 2018-ci ilin sentyabrından 2021-ci ilin oktyabrına qədər keçirdiyi 37 matçda məğlub olmayıb.