Kuçerov 13-cü pilləyə yüksəldi

29.03.2023 20:50 213
İdman
MHL-in son turunda “Tampa” “Karolina”nı 4:0 hesabı ilə məğlub edib.

“Football-plus.az” xəbər verir ki, “ildırımlar”ın üzvü Nikita Kuçerov görüşdə 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bu nəticə ilə forvard MHL-də çıxış edən və hesabına ən çox xal yazdıran rusiyalıların siyahısında 13-cü pilləyə yüksəlib. O, çempionatda ümumilikdə 637 oyunda meydana çıxıb. Bu görüşlərdə 720 (274+446) xal yazdırıb.

Kuçerov bu mövsüm MHL-də 75 matçda meydanda olub. Bu qarşılaşmalarda 104 (28+76) xal qazanıb.

İLKİN SULTANLI