Rusiyalı MHL-də 21 əsrin rekorduna imza atdı - VİDEO

12.03.2023 12:26 253
İdman
MHL-in müntəzəm çempionatında "Tampa" "Çikaqo"nu 3:1 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, bu görüşdə Nikita Kuçerov 1 məhsuldar ötürmə verib. Bununla da rusiyalı MHL tarixində rekorda imza atıb. "İldırımlar"ın üzvü 21-ci əsrdə ardıcıl 24-cü ev matçında xal toplayan ilk hokkeyçi ünvanına sahib olub.

Son dəfə 2000/01 mövsümündə Co Sakiç 2000-ci ilin dekabrından 2001-in aprelinə kimi "Kolorado"da ardıcıl 23 ev oyununda xal toplamışdı.

Ümumiyyətlə, Kuçerov cari mövsümdə 66 oyunda 95 (26+69) xal toplayıb. O, hələ də bombardirlər yarışında 3-cü yerdədi.

İLKİN SULTANLI