"Hesabdan razı deyiləm. İlk hissədə komandamız taktiki gözləntilərimizi yaxşı həyata keçirdi. Birinci hissədə 3-4 qol fürsətimiz oldu. Xorvatiyalı futbolçulara təzyiq göstərdik və rəqibi 7-8 ciddi səhvə məcbur etdik".
"Football-plus.az" xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda evdə Xorvatiyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
"Rəqiblə aramızdakı ən böyük fərq topla oyadığımız ilk təmasdır. Stanişiç ilk təmasda topu çox fərqli şəkildə oyuna daxil edir. Biz bunda geri qalırıq. Bu məsələdə özümüzü inkişaf etdirməliyik" - deyə o bildirib.
Mütəxəssis daha sonra vurğulayıb:
"Bu müddətdə gənc futbolçulara belə çətin rəqibə qarşı matçda vaxt vermək vacib idi. Önəmli olan odur ki, gənc futbolçular oynayanda qazandıqları təcrübəni məşqdə və ya onlara dediklərimizlə əldə edə bilməzlər. Onlar bunu meydanda öyrənməlidirlər. Oyundan sonra bu çətin vəziyyətdən dərs çıxarmağa çalışacağıq. 8 addımımız var. 2 matçımızı oynamışıq. Qarşıdakı görüşlərə ən yaxşı formada hazırlaşıb oynamaq istəyirik".
S.Kuntz oyunda əvəzlənən Hakan Çalhanoğlunun durumu haqda söyləyib:
"Hakanın qasığında problem var. Tibbi müayinədn keçdikdən sonra son durumu dəqiqləşəcək".
O, Uelsin bu qrupda əsas rəqiblərindən biri olduğunu deyib:
"Onlara qalib gəlməliyik ki, istəyimizə çataq. Hər matçdan sonra oyunçularla qısa görüşmə edib vidalaşırıq. Xorvatiya ilə oyunun ardınca da danışıqlarımız oldu".