"Qarabağ"a məğlubiyyət bizim üçün dərs oldu" - Regekampf

30.11.2022 15:22 283
Premyer-liqa
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf premyer-liqanın 16-cı turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, klubun televiziyasına danışan rumıniyalı mütəxəssis matça hazır olduğunu söyləyib:

"Özümüzü yaxşı hiss edirik. Bütün oyunçular məşqdə iştirak edir. Ümidvarıq ki, oyun gününə kimi Voyslav Stankoviç də hazır olacaq. Hazırlıq yaxşı gedir. Bizi çətin və ağır oyun gözləyir. "Qarabağ"a qarşı evdə oynayacağıq.

Eddi uzun müddətdi idi zədədən əziyyət çəkirdi. Ona "Səbail"lə oyunda şans verdim. Bizim üçün vacib oyunçudu".

Regekampf ilk dövrədə "Qarabağ"a 1:3 hesabıyla uduzduqları oyundan dərs çıxardıqlarını bildirib:

"Qarabağ"a məğlubiyyət bizim üçün dərs oldu. Bundan nəticə çıxardıq. Bilməliyik ki, oyun 90 dəqiqə davam edir. Bundan əvvəl "Qarabağ"a qarşı 45 dəqiqə yaxşı keçirmişdik. Dəyişikliklər olacaqsa, bu, komandanın xeyrinə hesablanmış olacaq. Öz oyunumuza köklənməliyik. Həm "Qarabağ", həm də "Sabah"la oyunlarda vacib xallar itirmişik. Daha çox köklənməliyik. Çempionat uzun marafondu. Oyunlara düzgün köklənsək, çempionluq üçün şansımız olacaq".


Dekabrın 2-də keçiriləcək "Neftçi" - "Qarabağ" görüşü saat 21:00-da start götürəcək.