Veteran futbolçu borca görə saxlanıldığı xəstəxananı tərk edib

28.03.2023 23:15 282
Ölkə futbolu / Manşet
Veteran futbolçu Vüqar İsmayılovun qara ciyərinin müalicəsi üçün xeyli vəsait xərclədiyi və Türkiyədə xəstəxanaya 5 min manat borclu qaldığı haqda xəbər vermişdik.

Onun hazırkı vəziyyətini öyrənmək üçün oğlu Kamran İsmayılovla əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri belə oldu:

"Atam xəstəxanadan buraxılıb. Müalicəsini evdə davam etdirir. Sağlamlığı yaxşıya doğru gedir. Həkimlərə olan borcumuzu dostlarımızdan borc alaraq ödədik. Sağ olsunlar, bizi darda qoymadılar".


KƏNAN BAHADIR