Azərbaycan futbolunda özünəməxsus çəkisi olan futbolçular arasında acı tale yaşayanlar da var.
Bir-bir adlar çəkmək istəmirik. Hazırda həmin bəxtsizlərin sırsasına biri də əlavə olunub. Söhbət Vüqar İsmayılovdann gedir. Adı çəkilən şəxs yığmanın 1992-ci ildə Gürcüstanla ilk rəsmi oyununun işrakçısı olub. 1992-93-cü illərdə ardıcıl iki dəfə gümüş medalları qazanan Sumqayıt "Xəzər"nin aparıcı futbolçularından olub. "Neftçi"nin heyətində ölkə kubokunu qazanıb, Kuboklar Kubokunda APOEL-ə qarşı oynayıb. Eyni zamanda "Şəmkir", "Viləş" kimi klubların da şərəfini qoruyub. Hazırda Türkiyədə xəstəxanaya yerləşdirilən veteran futbolçunun vəziyyəti acınacaqlıdı. İsmayılovun qara ciyərində problem yaranıb və 1 həftədi xəstəxanadadı. Lakin xəstəxana xərcləri çox yüksək olduğundan əlində olan vəsaitin, demək olar ki, hamısını xərcləyib. Azərbaycana qayıdıb müalicəsini burda davam etdirməsi çox vacibdi. Lakin xəstəxanaya 5 min manat borcu olduğu üçün ordan çıxmasında problem yaranıb.
Görəsən, AFFA rəhbərliyi ölkənin əsas komandasının sabiq üzvünün acınacaqlı taleyindən xəbərdardı? Bunu aydınlaşdırmaq üçün qurumun mətbuat katibi Firuz Abdullaya müraciət etdik: