Azərbaycan yığmasının üzvü, həmçinin "Xəzər", "Neftçi" kimi klublarımızda oynamış veteran futbolçu Vüqar İsmayılovun Türkiyədə xəstəxanada olması barədə yazmışdıq.
Veteran futbolçunun 5000 manata yaxın xəstəxanaya borcu var.
"Football-plus.az" saytı olaraq Vüqar İsmayılovun oğlu Kamran İsmayılovdan atasına yardımın olub-olmadığını öyrəndik:
"Hələ heç bir kömək olmayıb. Sadəcə, "Sumqayıt"ın prezidenti məni yanına çağırıb yardım edəcəyini bildirsə də, ortada heç nə yoxdu. Atam Türkiyədə xəstəxana xərcləri üçün borca girdi. Məbləğ 4500 manatdı. Borc verən şəxslər də atamdan pasportunu girov kimi götürüb. Mən "Sumqayıt" Futbol Akademiyasında çalışıram. 400 manat məvacib alıram, 2 uşaq atasıyam. 350 manat da kirayə ödəyirəm. Atamın xərclərini qarşılaya bilmirəm. Hazırda qardaşım atamın ölkəyə qayıtması üçün çalışır, amma onun da maddi imkanları məhduddu".
ABDULLA İSMAYILOĞLU