İsveçrə yığması AÇ-2024-ün seçmə turnirinə inamlı qələbə ilə başlayıb.
"Football-plus.az" xəbər verir ki, Murat Yakının çalışdırdığı komanda Belarusun qapısından 5 cavabsız top keçirib. Serbiyanın Novi Sad şəhərində keçirilən matçın qəhrəmanı 3 qol vuran Renato Şteffen olub.
“Luqano”nun yarımmüdafiəçisi 25 dəqiqəyə het-trik etməklə İsveçrə yığmasının tarixinə buna ən qısa müddətdə nail olan futbolçu kimi düşüb.
Belarus isə artıq iki ildi rəsmi oyunlarda qalib gələ bilmir. Komanda bu müddətdə ardıcıl 14 oyunda qələbə üzü görməyib.