"İnter"in hücumçusu Edin Dzeko Milan klubunun tarixinə düşüb.
"Football-plus.az" xəbər verir ki, bosniyalı forvard “Milan”a 2:3 hesabı ilə uduzduqları derbidə vurulan sonuncu qolun müəllifi olub.
64-cü dəqiqədə meydana daxil olan 36 yaşlı futbolçu üç dəqiqə sonra fərqlənməklə yeni rekorda imza atıb.
Dzeko "İnter"in "Milan"la derbilərdə fərqlənən ən yaşlı futbolçusu olub. Dzeko 34 yaş 198 günlüyündə "Milan"a qol vuran Valter Samuelin rekordunu qırıb.