Əliyar Ağayev Konfrans Liqasında bu oyuna təyinat aldı

13.08.2022 10:32 476
Konfrans Liqası
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, 35 yaşlı baş hakim Latviyada RFŞ və Şimali İrlandiyanın "Linfild" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Avqustun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.