AÇ-2024-ün seçmə mərhələ oyunlarına start verilib.
"Football-plus.az" saytının məlumatına görə, maraqlı və prinsipial qarşılaşmalardan biri də bu gün İrəvanda baş tutacaq. Türkiyə millisi Ermənistan ilə qarşılaşacaq.
Görüşü Fransa millisinin heyətində Avropa də dünya çempionu olan Yuri Corkayeff də stadiondan canlı izləyəcək. Milliyətcə erməni olan veteran futbolçu bu gün qardaşı Denislə İrəvana gəlib.
Qeyd edək ki, Ermənistan - Türkiyə oyunu saat 21.00-da başlayacaq